Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İqbalnamə

İskəndərnamə

Nizami Gəncəvi

İskəndərnamə Gönderileri

İskəndərnamə kitaplarını, İskəndərnamə sözleri ve alıntılarını, İskəndərnamə yazarlarını, İskəndərnamə yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Doğruya azacıq bənzəyən yalan, Yaxşıdır yalana bənzər doğrudan.️
Ümidin sönməsin dünya olsa dar, Hər qara buluddan ağ yağış yağar.️
Reklam
Dikbaşlıq
Dikbaşlıq yaramaz, uyuşmaq gərək, Dikbaş at hər zaman qırmanc yeyəcək. Dikbaşlıq edərsə ən gözəl bir at. Misir eşşəyindən əskikdir qat-qat.
Sayfa 389 - LiderKitabı okudu
İqtisadiyyat 101
Xaqanın gəliri keçsə də ələ, Sel kimi axıtma, yağıştək xərclə. Malından bir az ye, bir az ver, ancaq Başqalar üçün də azacıq burax. Yemə var-yoxunu, çox yaşayarsan, Yoxsulluq yamandır qocalan zaman. Dağıtma əlində var isə sərvət, Bihudə yeməkdən çəkırsən zəhmət. Xərclərkən ölçüdən gəl götürmə əl, Nə artıq, nə əskik - ortadır gözəl.
Sayfa 300 - LiderKitabı okudu
Sülh və ədalət
Döyüşdən yaxşıdır barışıq, şəfqət, Biri dərd gətirər, biri səadət. Qüvvətli olsan da qəlbi yumşaq ol, Şahlıqdan yaxşıdır Tanrı qoyam yol. Ədl üçün yaratmış səni Yaradan, Zülüm baş verərmi adil Padişahdan?
Sayfa 283 - LiderKitabı okudu
ŞÜKR...
Verilən nemətin, haqqa inanan Şükrünü artırsın gərək hər zaman. Allah mənim üçün artırdı nemət, Təşəkkür edirəm Tanrıya əlbət. Nə qədər canım var şükr edərəm hey, Dünyada varmıdır bundan gözəl şey?
Sayfa 282 - LiderKitabı okudu
Reklam
Faydasız olan bu taxt de nəyə gərək?
Faydasız olan bu taxt de nəyə gərək? Üstündə başqası ömür sürəcək. Biz başqa kəslərə yer qızdırırıq, Bu yerdən utanmaq gərəkdir artıq. Faydasız bu taxta uyma, saxtadır, Yerimiz taxt deyil, quru taxtadır. Bu qızıl taxt deyil, versəniz fikir, Ayağa vurulmuş ağır kündədir. Bir taxt ki əbədi yer deyil sana, Onu ölməmişkən parçalasana...
Sayfa 244 - LiderKitabı okudu
Dünyaya dərindən yetirsən nəzər, Görərsən insanlar çəkibdir nələr!.. Dünyanın ki sonu əbəsmiş, əbəs, Bu qədər sitəmə, əzaba dəyməz!
Sayfa 201Kitabı okudu
Ağıllı bir işdir yumşaq danışmaq, Kobudluq axmağa yaraşar ancaq! Söz özü nə qədər gözəl olsa da, Onu gözəllikdən salar pis əda!
Sayfa 128Kitabı okudu
123 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.