İtirilmiş Dünya

Namiq Abdullayev
Tahmini Okuma Süresi:
6 sa. 6 dk.
Sayfa Sayısı:
215
İlk Yayın Tarihi:
1962
Yayınevi:
AlfaCin Nəşriyyatı
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi·215 syf.··
2023 4. kitabı
Namiq Abdullayev -Fantast yazıçı Bu il qrupumuz "Kitabsevərlər" və AlfaCin nəşriyyatının işıq üzü görən növbəti kitablarından biri. Uşaqlar üçün nəzərdə tutulub. Yazıçı 60-80-ci illərdə fəaliyyətdə olub və 1992-ci ildə isə səfalət içində vəfat edib. Elm, fantastika, Kosmosa maraq yaratmaq üçün çox yaxşı nümunədir. Müəyyən qədər kollektivizm, sovet təbliğatı hiss edilir. Mənə elə gəlir ki, yazıçının bilgi azlığı və amerikan, ingilis yazıçılardan təsirlənməsi hekayələrinin alt qatlarının bir qədər boş təsvir edilməsinə səbəb olub. Daha yaxşı hekayələr yaza bilərdi, öz üzərindë işləsəydi , mənbələr oxuyub, üfqünü genişləndirsəydi və bəlkə də yerimizə düşünən dövr olmasaydı.
Fantastik Bilim Kurgu
İtirilmiş DünyaNamiq Abdullayev · AlfaCin Nəşriyyatı · 012 okunma
10/10
·136 syf.··
2024 30. kitabı
·
6 günde okudu
·
Okunma: 13 Aralık 2024 19:50
Elmi-fantastika janrı Azərbaycan ədəbiyyatında çox az yer verilən janrdır. Mən bu janrda yazan müəlliflərdən yalnız Namiq Abdullayevi tanıyıram. Uzun müddətdir onun əsərlərini oxumaq istəsəm də, qismət olmurdu. Nəhayət, keçən həftə aldığım kitabı elə səhəri gün oxumağa başladım. Kitabda müəllifin "İtirilmiş dünya" romanı və 7 hekayəsi yer alır. Nəşrdən başlasaq onu qeyd etmək lazımdır ki, çap keyfiyyəti daha yaxşı ola bilərdi, hərflərin oxunaqlılığı çox yerdə istənilən səviyyədə deyildi. Əlavə olaraq, kitabın ölçülərini də daha proporsional (en və uzunluq nisbəti) etmək olardı, eni ehtiyac olandan böyük idi. Həmçinin, bir neçə yerdə kiçik redaktə səhvləri var idi ki, onu da nəşriyyatın özünə bildirəcəm, ənənəvi olaraq. İstər romanda, istərsə də hekayələrdə o dövr üçün əlçatmaz olan, hazırkı dövrdə isə artıq istifadə olunan, yaxud yaxın gələcəkdə gündəlik həyatımızın ayrılmaz hissəsi ola biləcək texnologiyalardan bəhs edilib. Bu (gələcəkdə aktiv istifadə olunacaq texnologiyalardan bəhs etmək), elmi-fantastik kitabların əsas xüsusiyyətidir, əslində. Bir məqamı da qeyd edim ki, kitabda hadisələrin elmi cəhətinə səthi toxunulub, daha dərin işlənilə bilərdi, məncə. "İtirilmiş dünya"da hadisələr iki kosmonavtın kosmik səfər zamanı gəmilərinin zədələnməsi və başqa planet sakinləri tərfindən xilas olunması ətrafında cərəyan edir. Romanda dünyaca məşhur" Interstellar" filmi ilə oxşar cəhətə rast gəldim. Hansı ki, filmin ssenarisi 2007-ci ildə yazılıb və 2014-cü ildə film nümayiş etdirilib. "İtirilmiş dünya" isə 1962-ci ildə ilk dəfə nəşr olunub. Filmdə kosmik səfər gedən atanın başqa planetdə zamanın daha yavaş irəliləməsi səbəbindən gec qocalması və bir gün qızı ilə eyni yaşda olduğu səhnə var və bu səhnə çox dramatik şəkildə ekranlaşdırılıb. Həmçinin, filmdə qız böyüyəndə
İtirilmiş DünyaNamiq Abdullayev · AlfaCin Nəşriyyatı · 012 okunma
Reklam

Yazar Hakkında

Namiq AbdullayevYazar · 0 kitap
Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli nümayəndəsi, nasir Namiq Abdullayev 1928-ci il martın 3-də Xızı rayonundakı Darzarat kəndində (indiki Siyəzən rayonu) anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsilini davam etdirmişdir. Siyəzən şəhərindəki C.Cabbarlı adına məktəbdə ingilis dili müəllimi işləmişdir (1952-1960). Bakıda Uşaq və Gənclər nəşriyyatında redaktor (1960-1961), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışmış (1961-1988), daha sonra təqaüdə çıxmış və bədii yaradıcılıqla məşğul olmuşdur. Namiq Abdullayev ədəbi fəaliyyətə ötən əsrin 50-ci illərindən başlamışdır. O, uşaqlar üçün elmi-fantastik mövzuda bir sıra maraqlı hekayə və povestlər yazmışdır. Onun fantastik hekayələri, povest və nağılları "Göyərçin", "Pioner" jurnallarında, "Azərbaycan pioneri", "Ədəbiyyat və incəsənət" qəzetlərində çap edilmişdir. "Sehrli oğlan" (1960), "İtirilmiş dünya" (1962), "Balaca Kiberin macəraları" (1966), "Gecələr uzanaydı" (1980), "Piyada vəzirə çevrilir" (1987) kitabları kütləvi tirajla nəşr olunmuşdur. Namiq Abdullayev 1992-ci il sentyabrın 22-də vəfat etmişdir.