İtmiş Sonsuzluq

Selig Harrison

İtmiş Sonsuzluq Gönderileri

İtmiş Sonsuzluq kitaplarını, İtmiş Sonsuzluq sözleri ve alıntılarını, İtmiş Sonsuzluq yazarlarını, İtmiş Sonsuzluq yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
240 syf.
1/10 puan verdi
·
4 günde okudu
Bu kitabı 2 il öncə oxumuşdum və bəyənmədiyimin fərqinə oxuduqdan sonra varmışdım. İndi təkrar bir də oxudum, bəlkə, mən nələrisə anlamamışam deyə. Amma bəyənməməkdə haqlı imişəm. Elə bir kitabdır ki, insanı aldadır ki, "mən maraqlıyam" amma tam əksidir. Kitabda altı çiziləcək bir cümlə belə yoxdur). Bəlkə də, fantastika janrını sevmədiyim üçün sevmədim bu kitabı. Kitabda maarifləndirəcək, düşündürəcək heç nə yoxdur. Bləkstaun adlı bir şirkət olur, texnololoji inkişafı ilə dünyanı dəyişməyi düşünür. Başında da 17 yaşlı qız olur və 17 yaşlı qızın başına gəlmiş fantastik hadisələrdən danışılır(nəyi var uydurulur). Kitabda müsbət cəhətlər də tapmışam. 1. Süni intellektlə bağlı təsəvvür yaradır. 2. Xəyal gücünü genişləndirir. 3. Yazılışı oxucunu yormur. Səlis və aydındır. Amma pis idi demək də olmaz. Normalın bir az aşağısındadır. Təbii ki, bu mənə görədir. Kimlərsə bəyənə də bilər. Amma kiməsə tövsiyə edə bilmərəm. Üzrlü say, kitab səni elə də sevmədim.
İtmiş Sonsuzluq
İtmiş SonsuzluqSelig Harrison · YAY · 07 okunma