Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İtmiş Sonsuzluq

Selig Harrison
2/10
2 Kişi
7
Okunma
Beğeni
249
Görüntülenme
Yaxın gələcəkdə bir şirkət - "Bləkstoun" texnologiyalar şirkəti dünyanı dəyişə biləcək: nə bir fəlakət, nə də yoxsulluq olacaq və texnologiya həyatı dəyişdirəcək. "Bləkstoun" uyğun hesab etdiyi vaxt dağıtmaq və ya yaratmaq üçün cəzasızlığa malikdir. İnfiniti və ya Fin "Bləkstoun" şirkətinin tərkidünya baş icraçı direktorunun 17 yaşlı qızıdır, amma o, heç vaxt atası ilə görüşməyib. Xatırlamadığı keçmişlə bağlı narahat yuxular ona əziyyət verəndə Fin anlayır ki, çoxsaylı suallarına cavab verəcək yeganə şəxs atasıdır. Fin və onun zəngin ailədən olan sinif yoldaşlarından ibarət bir dəstə ekskursiya məqsədilə “Bləkstoun”un yüksək dərəcədə məxfi qərargahına dəvət edilir. Bundan sonra Fin atası ilə üzləşmək şansının ola biləcəyini anlayır. Ancaq olduqca mürəkkəb, yüksək təcrübəli süni intellekt qurğusu ölüm maşınına çevrilib bu səfəri faciəyə döndərir. Formasını dəyişən divarların arasında tələyə salınmış Fin və dostları ona çatmaq üçün hər şeyi görən və hər şeyi dağıtmağa hazırlaşan süni intellektin insafına qalırlar. Heç bir köməyə ümidi olmayan Finin yuxu-xatirələri ola bilsin ki, onun sağ qalmasının yeganə şansıdır. Ancaq o, ətrafındakı insanların həyatını və özünü xilas etmək üçün xatirələrini vaxtında yada sala biləcəkmi?
Yazar:
Selig Harrison
Selig Harrison
Tahmini Okuma Süresi: 6 sa. 48 dk.Sayfa Sayısı: 240Yayınevi: YAY
ISBN: 9789952515237Ülke: TürkiyeDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
240 syf.
1/10 puan verdi
·
4 günde okudu
Bu kitabı 2 il öncə oxumuşdum və bəyənmədiyimin fərqinə oxuduqdan sonra varmışdım. İndi təkrar bir də oxudum, bəlkə, mən nələrisə anlamamışam deyə. Amma bəyənməməkdə haqlı imişəm. Elə bir kitabdır ki, insanı aldadır ki, "mən maraqlıyam" amma tam əksidir. Kitabda altı çiziləcək bir cümlə belə yoxdur). Bəlkə də, fantastika janrını sevmədiyim üçün sevmədim bu kitabı. Kitabda maarifləndirəcək, düşündürəcək heç nə yoxdur. Bləkstaun adlı bir şirkət olur, texnololoji inkişafı ilə dünyanı dəyişməyi düşünür. Başında da 17 yaşlı qız olur və 17 yaşlı qızın başına gəlmiş fantastik hadisələrdən danışılır(nəyi var uydurulur). Kitabda müsbət cəhətlər də tapmışam. 1. Süni intellektlə bağlı təsəvvür yaradır. 2. Xəyal gücünü genişləndirir. 3. Yazılışı oxucunu yormur. Səlis və aydındır. Amma pis idi demək də olmaz. Normalın bir az aşağısındadır. Təbii ki, bu mənə görədir. Kimlərsə bəyənə də bilər. Amma kiməsə tövsiyə edə bilmərəm. Üzrlü say, kitab səni elə də sevmədim.
İtmiş Sonsuzluq
İtmiş SonsuzluqSelig Harrison · YAY · 07 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.