Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İvan İliçin Ölümü

Lev Tolstoy

İvan İliçin Ölümü Gönderileri

İvan İliçin Ölümü kitaplarını, İvan İliçin Ölümü sözleri ve alıntılarını, İvan İliçin Ölümü yazarlarını, İvan İliçin Ölümü yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
112 syf.
·
Puan vermedi
·
22 günde okudu
Bekleyiş
Ölüm bir bekleyiş kimisi için. Kimisi içinse bir yok oluş. Kalanlar ne yapacak peki? Hepsi bıraktıgımız boşluğu doldurmak, yerine geçmek ve ölümünden pay almak için sırada. Hikaye sade ama mesajı net.
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Parlaq İmzalar Nəşriyyatı · 201945,6bin okunma
O, ayaqlarını Gerasimin çiyinlərindən götürdü, çevrilib çiyni üstə uzandı və özünə yazığı gəldi. Gerasimin qonşu otağa keçməsini gözlədi, özünü saxlaya bilməyib uşaq kimi ağladı. O özünün acizliyinə, dəhşətli yalqızlığına, insanların daşürəkliyinə, Tanrının rəhmsizliyinə və onu tək-tənha buraxdığına ağlayırdı.
Reklam
Sizin üçün ölüm nədir?
Onun fiziki əzabları dəhşətli idi. Ancaq canının ağrılarından da dəhşətli ruhən çəkdiyi iztirablar idi ki, əsas dərd də bundaydı.
"Ya gerçekten de yaşamam gerektiği gibi yaşamadıysam, bilinçli seçtiğimi yaşamım yanlışsa?.."
Heç olmasa, biləydim ki, niyə belə olur, nə üçündür bu? Bu da olmaz. Əgər desəydik ki, mən lazm olduğu kimi yaşamamışam, onda izah eləmək mümkün idi. Amma bunu heç vaxt etiraf eləmək mümkün deyil, " öz-özünə danışaraq: yaxşı, abırla ləyaqətlə yaşadığını özlüyündɔ bir daha təsdiq edirdi. "Hə, daha buna yol vermək olmaz, danışa- danışa dodaqları qaçır, elə bil kiminsə bu gülüşdən, təbəssümdən aldana biləcayindən ehtiyat eləyir, əzab-əziyyət, ölüm... Nə üçündür bu, niyə görədir? Cavabı, izahı yoxdur!"
"Bəlkə mən düzgün ömür sürməmişəm?" birdən ağlına belə bir fikir gəlirdi. Necə düzgün olmayıb ki, hər şeyi öz qaydasında eləmişəm? Bu işgəncələr nə üçündür? Və həmin səs deyirdi: elə-belə, heç nə üçün. Bundan o yana və bundan başqa heç nə olmurdu.
Reklam
Və budur, gəlib çatdın mənzil başına, yıxıl öl! Nə deməkdir bu? Niyə ölməliyəm? Ola bilməz. Həyat belə mənasız, belə rəzil ola bilməz. Əgər həyat, doğrudan da, belə rəzil və mənasız olubsa, onda ölmək, özü da əzab çəkə-çəkə ölmək nə deməkdir? Yox, elə deyil, nəsə var burda.
- Əvvəllər gözəl yaşamısanmı? - səs soruşdu. Və o öz gözəl həyatının on şirin anlarını təsəvvüründə canlandırmağa başladı. Di gəl, qəribə işdi, o gözəl həyatının ən yaxşı anları indi ona əvvəlki kimi şirin gəlmədi. İlk uşaqlıq xatirələrindən savayı heç biri. Orada, uşaqlıq illərində, doğrudan, elə gözəl anlar vardı ki, əgər o çağları qayıtsaydı, həmin anları təzədən yaşamaq olardı. Lakin o gözəl anları yaşamış adamın özü yox idi indi: elə bil həmin adam özü deyildi, başqasıydı, başqa adam haqda xatirələrdi. Xatirələr axınında İvan İliç bugünkü günə gəlib çıxmasının başlandığı çağlar yetişəndə, o vaxtlar gözəl görünən hər şey indi onun gözlərində əriyir, miskin və iyrənc bir şeyə çevrilirdi.
Bəs indi nə istəyirsən? Yaşamaq? Necə yaşamaq? Məhkəmədə yaşadığın kimi yaşamaq, pristav "Məhkəmə gəlir!" deyəndə yaşadığın anlarda olduğu kimi. Məhkəmə gəlir, məhkəmədir - öz-özünə təkrar elədi. Budur məhkəmə! Mən müqəssir deyiləm! hiddətlə qışqırdı, - Nə üçün, nəyə görə?" Və ağlamağı kəsdi, üzünü divara çevirib ancaq bir şey haqda fikirləşməyə başladı: bütün bu dəhşətlər nə üçündür, nəyə görədir? Amma nə qədər fikirləşdisə, cavab tapa bilmədi. Adətən bu haqda düşünəndə ağlına gələn fikir yenə də ortaya çıxırdı yəni bütün bu dəhşətlər düzgün ömür sürməməsi üzündən baş verir, o saat da həyatının bütün həqiqətlərini yada salıb, bu qəribə fikri özündən uzaqlaşdırırdı.
O, özünün köməksizliyinə, ağlayırdı, dəhşətli tənhalığına ağlayırdı, insanların qəddarlığına, allahın qəddarlığına, allahın yoxluğuna ağlayırdı. "Bütün bunları niyə belə eləyirdin? Niyə məni gətirib bu yerə çıxartdın? Niyə mənə belə zülm eləyirsən?" O heç cavab gözləmirdi də və ağlamağının bir səbəbi də bu idi ki, suallarının cavabı yoxdu və ola da bilməzdi. Ağrı yenə də qalxmışdı, amma o, yerindən qımıldanmır, heç kimi çağırmırdı. Öz-özünə deyirdi: "Hə, vur, bir də vur! Bəs nəyə görə? Neyləmişəm mən sənə?"
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.