İynəboyu Böyük Dünya sözleri ve alıntılarını, İynəboyu Böyük Dünya kitap alıntılarını, İynəboyu Böyük Dünya en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Yarpaqların üzündə ölüm kölgəsi
Azca yel əsdi... Bəsdi
Budaqdan torpağacan uzanacaq
Yarpaqların ömrünə əl yelləməsi.
Yarpaqlara təsəlli vermək istəyirəm- təsəlli vermək
Heç nəyini vermək kimidir.
Neyləyim, kasıbın olanından!
Yağma, qar!
Məni qarabuğdayı doğub anam
Çətin ağaram...
Tutaq ki, ağartdın saçlarımı
ağartdın dabanları yeyilmiş
42 ölçülü ayaqqabılarımı.
Tutaq ki, ağartdın geyimimi-keçimimi
Ağarda bilməzsən bəxtimi
Özünü yorma qar, yağma qar..
Çətin ağaram...