Tahmini Okuma Süresi:
12 sa. 14 dk.
Sayfa Sayısı:
432
Basım Tarihi:
2015
Yayınevi:
Qanun Nəşriyyatı
Orijinal Adı:
Жанна д’Арк
ISBN:
9789952360295
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar
Reklam

Yorumlar ve İncelemeler

10/10
·432 syf.··
2021 2. kitabı
·
8 günde okudu
·
Okunma: 21 Ocak 2021 20:21
Janna təxminən, 6 yanvar 1412-ci ildə bir kəndli - Dark - ailəsində dünyaya gəlmişdi. Bütün hadisələr Jannanın vətəninə olan inamı və vətənini düşmənlərdən - qodonlardan qurtarması və daha sonra baş verən hadisələr ilə bağlı idi. Və ölkəsini düşmənlərdən azad etməkdə ona heç kəsin mane olmasına imkan verməyəcəkdi və vermədi də. Kral və hakim təbəqəni razı saldı, işğal edilmiş ərazilərə hücum edərək bir çox əraziləri azad etdi. Amma artıq hakim təbəqə təşvişə düşmüşdü. Onlar düşünürdülər ki, Jannanın dedikləri doğru deyil, o heç nə edə bilməyəcək, sadəcə ondan istifadə etmək üçün razı olmuşdular. Və bu düşüncələrində yanıldıqları üçün Jannanı aldatmağa başladılar, burada məqsəd bu idi: Jannanı səhv istiqamətlərdə yönləndirmək və hakim təbəqədən olanlar isə doğru istiqaməti seçərək əraziləri azad edəcəkdi. Beləcə əhalidə Jannaya qarşı güvənsizlik yaranacaqdı. Amma o kəndli, savadsız qız onlara inanmadı və uğurları davam etdi. Kitab haqqında çox danışmaq olar, amma qısaca desək, Janna sonradan ingilislərə əsir düşür və bir çox hadisələrdən sonra yandırılır. Burada hakimiyyət, pul, ərazi və s. uğrunda mübarizələr baş verirdi və onlar üçün aşağı təbəqə önəmli deyildi. Tarixlə maraqlanan hər kəsin oxumasını tövsiyə edirəm.
Tarih
Janna DarkAnatoli Levandovski · Qanun Nəşriyyatı · 201516 okunma