Comments and Reviews

See All
260 syf.
·
Not rated
·
Read in 4 days
Bugün sizə çox gözəl və çox özəl əsərlə gəlmişəm. Özəldi çünki gənc yazıçılardan oxuduğum ən maraqlı kitab oldu mənim üçün Kitab, baş qəhramanımız olan Şəhriyarın ,sevgilisi Aydanı qəribə bir formada itirməsi ilə başlayır. Həyəcanla başlayan bu əsər, elə həyəcanla da davam edir. Agatha Christie sevən biri olaraq əsərin sirrlərlə , sürprizlərlə dolu olması məndə çox xoş bir təəssürat oyatdı Müəəlifin ilk əsəri olması isə,məni ümumiyyətlə şoka saldı. Sözün düzü bu qədər uğurlu olduğunu düşünməmişdim amma,çox xoş bir şəkildə yanılmış oldum
Keçid
KeçidVasif Zahidov · Mücrü Nəşriyyatı · 202110 okunma
Reklam
250 syf.
10/10 puan verdi
·
Liked
Mistik,fantastik,psixoloji və real. Çox sevdim. Mütləq oxumanız gərəkən bir kitabdır. Şəhriyarın gözlənilməz sonluğu məni dəhşətə saldı. Ağladığım kitablardan birisidi. Fantastik bir kitabdır deyə düşündüm amma müəllif sonunu elə gözəl getirdi ki oxudugca aaaa deyeceyinize əminəm
Keçid
KeçidVasif Zahidov · Mücrü Nəşriyyatı · 202110 okunma
250 syf.
·
Not rated
·
Liked
·
Read in 23 hours
Maraqlı bir kitab idi,oxumağa dəyər.Çoxdan oxumuş olsam da kitab şkafında görüb bir-iki cümlə yazmaq istədim.Fantastik bir hekayə oxuduğumu zənn edirdim amma sonu təəccübləndirdi və duyğulandırdı :( Şəhriyarın başına gələn macəraları hər kəsə oxumağı tövsiyə görürəm.
Keçid
KeçidVasif Zahidov · Mücrü Nəşriyyatı · 202110 okunma
250 syf.
·
Not rated
Şəhriyar dostları ilə kəşf etdiyi bunkeri sevgilisi Aydana göstərmək istəyir. Bunkerdə rastlaşdıqları qəribə, vahiməli yerdə Aydan qeybə çəkilir. Şəhriyar Aydanı tapmaq üçün keçid vasitəsilə "sərhədi" keçərək təsadüfən mövcudluğundan xəbər tutduğu macəra dolu Həylan dövlətinə düşür. Labirint kimi azıb qaldığı eyni adlı bu şəhərdə Şəhriyarı gördüyü hadisələrdən yaranan suallar onu ildırım kimi vurmağa başlayır. Bu şəhərin Aydanla nə əlaqəsi var idi? Çətin, əzablı yollardan keçən Şəhriyar görəsən Aydanı HƏQİQƏTƏN tapa biləcəkmi? Əsəri ilk başda oxuyanda macəra, fantastik əsər olduğu zənn etmişdim. Həylan dövləti, Sərhəd - bunların nə olduğunu anlaya bilmirdim. Lakin əsər məni şoka salmağı bacardı. Sonluğunu tamamilə gözlənilməz oldu. Hətta, oxuduqdan sonra bir müddət donmuş halda qaldım desəm yeridir Rənglərin mənası nə idi, Keçid, sərhəd nə demək idi, sarı məxluq niyə Şəhriyara bu qədər təsir etmişdi, Şəhriyar Aydanı tapıb oradan qurtula bildimi? Bütün bu sualların cavabını əsəri oxuyanda tapacaqsınız. Məncə, bu əsərə mütləq şans verin İndi isə əsərin mənə öyrətdiklərindən danışacam: Əziz dostlar, narkomaniya bizim düşündüyümüzdən də çox təhlükəlidi və dəhşət dərəcədə çox yayılıb. Biz bununla mütləq mübarizə aparmalıyıq. Onun zərərlərini gənclərə çatdırmalıyıq. Əsər haqqında çox danışmaq, müzakirələr etmək mümkündü. Bu da əsəri mənə daha çox sevdirdi
Keçid
KeçidVasif Zahidov · Mücrü Nəşriyyatı · 202110 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.