Yoxsul igidlik etsə – onu axmaqlıq kimi qələmə verərlər,
səxavət göstərsə – israf hesab edərlər,
həlim olsa – qorxaq,
vüqarlı olsa – özünüçəkən sayarlar;
hikmətli söz danışıb mənalı fikir desə – boşboğaz və lovğa adlandırarlar;
danışmayıb sakit otursa – fağır, dilsiz-ağızsız heyvan hesab edib başına noxta vurarlar.