Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aşura'da Hak ve Batıl Cephesinin Seçkinleri

Kerbela Kıyamında Avam ve Havass

Ali Hamaney

Kerbela Kıyamında Avam ve Havass Gönderileri

Kerbela Kıyamında Avam ve Havass kitaplarını, Kerbela Kıyamında Avam ve Havass sözleri ve alıntılarını, Kerbela Kıyamında Avam ve Havass yazarlarını, Kerbela Kıyamında Avam ve Havass yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Məsələnin əsas çətinliyi bundan sonra başlayır. Mənim əzizlərim, haqq tərəfdarı olan xüsusi insanlar qrupu iki yerə bölünür: Bir növü dünya, həyat, məqam, ehtiras, pul, ləzzət, rahatlıq və ad-san və bütün bu kimi faydalar qarşısında olan şəxslərdirlər. Görürsünüz ki, hətta haqq tərəfdarı olan xüsusi insanlar qrupu da iki qismə bölünür. Bu məsələlərə diqqət və mütaliə lazımdır. Təsadüfi şəkildə cəmiyyəti, quruluşu və inqilabı sığortalamaq olmaz. Mütaliə ilə, diqqətlə və düşüncə ilə araşdırmaq lazımdır. Əgər bir cəmiyyətdə haqq tərəfdarı olan xüsusi insanların yaxşı növü, yəni lazım olduqda dünya ləzzətlərindən əl çəkə bilənlər əksəriyyət təşkil etsə, İslam cəmiyyəti heç zaman İmam Hüseyn (ə) dövründəki cəmiyyətin aqibətinə düçar olmayacaq və əmin olun ki, əbədi olaraq sığortalanacaq. Amma əgər məsələ əksinə olsa və haqq tərəfdarı olan xüsusi insanların digər növü - yəni dünya ləzzətlərinə uyanlar, haqqı tanıyan, lakin dünya ləzzətləri qarşısında ayaqları titrəyənlər əksəriyyətdə olsalar, böyük müsibət olacaq.
Bu misalı dedim ki, xüsusi insan qrupunun mənasının hansısa libas sahibi olmadığını biləsiniz. Kişi də ola bilər, qadın da; təhsilli də ola bilər, təhsilsiz də; sərvətli olması da mümkündür, yoxsul olması da; dövlət idarələrində xidmət göstərən insan olması da mümkündür, tağutun müxaliflərindən olması da. Xüsusi insanlar qrupu dedikdə (bunun da yaxşısı və pisi var) o şəxsləri nəzərdə tuturuq ki, bir iş görmək istəyəndə, bir mövqe bildirəndə, bir yol seçəndə, bunu fikir və təhlil əsasında edirlər. Dərk edirlər, qərar verirlər və iş görürlər. Bunlar xüsusi insanlardırlar. Bunun qarşı tərəfi adidir. Adi odur ki, şərait bir tərəfə yönəldikdə, onlar da onun ardınca gedirlər və təhlil qabiliyyətləri yoxdur. Bir dəfə xalq deyir “yaşasın”, bu da baxıb deyir ki, “yaşasın”; bir dəfə xalq deyir ki, “ölüm olsun” bu da baxıb deyir ki, “ölüm olsun”; bir şəraitdə, buraya gəlir, başqa şəraitdə oraya gedir.
Reklam
Deməli, cəmiyyəti xüsusi və adi insanlara bölmək olar. İndi diqqət edin, xüsusi və adi insanlar barəsində bir məqamı deyim və bunlar bir-biri ilə səhv salınmasın. Xüsusi insanlar kimlərdir? Xüsusi bir təbəqədirlərmi? Cavab mənfidir. Çünki xüsusi insanların arasında savadlı adamlarla yanaşı savadsız adamlar da var. Bəzən biri savadsızdır, lakin xüsusi qrupdandır. Yəni dərs oxumasa, məktəbə getməsə, diplomu olmasa, ruhani libası geyinməsə belə, nə etdiyini anlayır, qərar çıxarıb iş görür, hadisələrə dair baxışı var. İnqilabın qələbəsindən bir qədər öncə mən İranşəhrdə sürgündə idim. Qonşu rayonların birində bir neçə tanışımız vardı. Bunların biri sürücü idi, biri azad peşə ilə məşğul idi, sözün xüsusi mənasında elm və mədəniyyət adamı deyildilər. İlk baxışda onlar adi görünürdülər. Buna baxmayaraq xüsusi insanlar qrupundan idilər. Onlar bizi görmək üçün tez-tez İranşəhrə gəlir və şəhərlərindəki ruhani ilə söhbətlərindən danışırdılar. Şəhərlərinin ruhanisi yaxşı insan idi, lakin adi qrupundan idi. Diqqət yetirirsiniz? Kompressor maşinisti xüsusi insanlar qrupundan, möhtərəm ruhani, camaat imamı isə adi insanlar qrupundan idi. Misal üçün, o ruhani deyirdi ki, nə üçün Peyğəmbərin (s) adı gələndə bir salavat, ağanın adı gələndə isə üç salavat deyirsiniz? Bunu anlamırdı. Sürücü ona cavab verirdi ki, əgər mübarizəmiz bitsə, İslam qalib gəlsə, inqilab zəfər çalsa, biz nəinki üç salavat, heç bir salavat da deməyəcəyik. Bu gün bu üç salavat mübarizədir. Sürücü dərk edirdi, ruhani isə dərk etmirdi.
Âşura'da Hak ve Bâtıl Cephelerin Seçkinleri
"Her toplumda, şehir ve ülkede görmekte olduğunuz beşeriyet, bir değerlendirmeye göre ikiye ayrılır. Bir kısım insan akıl, fikir ,bilinç ve kararlılıkla iş yapar. Bunlar bir yolu kabul eder, ona uyar ve peşinden giderler. Bu insanlara havâss, yani seçkinler denilmektedir. diğer bir kısım insanlar ise hangi yolun doğru veya yanlış olduğunun anlamanın, ölçmenin, tahlil ve idrak etmenin peşinde değildir. Çoğunluğa göre hareket ederler. Bunlara da avâm, denilir. Buna göre topluma havası habam şeklinde iki kısımda değerlendirmemiz mümkündür."
Sayfa 24 - Feta YayınlarıKitabı okudu