Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kerri Bacı

Theodore Dreiser

Kerri Bacı Gönderileri

Kerri Bacı kitaplarını, Kerri Bacı sözleri ve alıntılarını, Kerri Bacı yazarlarını, Kerri Bacı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
540 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Bir çox kitabları daha kiçik yaşlarda mütaliə etmişəm, dolayısı ilə duyğusal olaraq dərindən anlamamışam bəlkə də mövzunu. Amma "Kerri Bacı" əsərini yeniyetməlik dövrümün ən dalğalı vaxtında oxumuşdum. Yazıçı çox axıcı bir dillə qəhrəmanının duyğu vəziyyətini, cahil cəsarətini anladır. Və illər sonra həmin əsərə yenidən nəzər salanda başa düşürsən ki, səni həyatda irəliyə, xoşbəxtliyə götürəcək olanlar həvəsi qırılmamış cəsarətin və təcrübələrlə sınanmış ağlındır. Amma təəssüflər olsun ki, həyat ağıllı insanı yetişdirmək üçün iradəsini zorlayır, dəfələrlə cəsarətini qırır. Nəticədə ağıllı, lakin həyəcanını itirmiş yetişkinlərə çevrilirik
Kerri Bacı
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014601 okunma
Açıq desək, onun həyatı nədən ibarət idi? Hər tərəf başdan-başa qüssə! Məgər o ancaq bunun üçün yaranmışdır?.. Kədərli fikirlər bir-birini əvəz edir, sonra isə göz yaşları gəlirdi ki, onu az-çox yüngülləşdirən də bu göz yaşları idi.
Sayfa 352 - Qanun nəşriyyatıKitabı okuyor
Reklam
İş adamının yüksəlişi ilə onun fiziki inkişafında ümumi cəhətlər çoxdur. O ya yetkinlik dövrünə yaxınlaşan bir gənc kimi daha qüvvətli, daha sağlam və daha ağıllı olur, ya da qocalığa yaxınlaşan kamil bir kişi kimi daha zəif, daha düşkün və passiv olur. Başqa cür ola bilməz. Elə dövrlər olur ki, gənclik qüvvələrinin toplanması dayanır və (biz orta yaşlı adam haqqında danışırıq) düş-künlüyə meyil hiss olunur, bu zaman hər iki proses demək olar ki, bir-birini tarazlayır və zahirən o qədər büruzə çıxmır.
Sayfa 349 - Qanun nəşriyyatıKitabı okuyor
Vaxt və təkrar – bunlar nə qədər böyük bir qüvvədir! Beləliklə, damcı-damcı gələn su daşı ovur və nəhayət, onu parça-parça edir
Qanun nəşriyyatıKitabı okuyor
Burada xeyir şərin qarşısında baş əyirdi.
Qanun nəşriyyatıKitabı okuyor
O unudurdu ki, keçmişi özündən sanki qılınc zərbəsi ilə ayırmışdır. Əgər o keçmişlə əlaqəsini bir növ bərpa etməyə nail olsaydı belə kəsiyin yeri həmişə çapıq qalacaqdı.
Sayfa 309 - Qanun nəşriyyatıKitabı okuyor
Reklam
Həyat təcrübəsi olmayan insan kainatda küləyin sovurub apardığı ota benzer. Ahhh Kerri insan qəlbinin kor arzuları. O xoşbəxtliyi heç vaxt tapmadı amma axtardı. Bu dünyada xoşbəxtlik deyə bir şey yoxdu. Bizim həyatımız onu axtarmaqla keçir.
O yaşamadığını, süründüyünü hiss etdi.
Qanun nəşriyyatıKitabı okuyor
Həyatında ilk dəfə o öz vəziyyətinin əsaslı və möhkəm olduğunu, cəmiyyətin gözündə onun varlığını sanki doğrultduğunu hiss edirdi.
Sayfa 323 - Qanun nəşriyyatıKitabı okuyor
Böyük ağıla malik olmayan adamlar heç də köməksiz deyillər.
Sayfa 72 - Qanun nəşriyyatıKitabı okuyor
508 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.