İlahi nemət üçün əziyyət çəkib ibadət edir, göz yaşı tökür ağlayır, yalvar-yaxar edirsinizsə, şəxsi xeyriniz üçündür. Gözləriniz yaşardır, həmcinsləri öldürmək üçün barıtınızı qurudursunuz.Siz bəşər övladını əmişə xəstə, əlil və bədbəxt edən də məhz bu lovğalıq və xudpəsəndlikdir. Bundan xəbərinizyoxdur ki, bizdən fərqli olaraq , siz öz həmcinslərinizə daha çox möhtacsıznız, mədəniyyət və bərabərlik aləminə qədəm qoymayınca yırtıcıların ən zəlili və ən bədbəxtisiniz. Bir-birinizə ehtiyacınız, zəruri tələbatınız və hər cəhətdın xəyanətə əl atmağınız necə böyük bir xəbislik, necə böyük bir pozğunluqdur.