Tahmini Okuma Süresi:
3 sa. 15 dk.
Sayfa Sayısı:
115
İlk Yayın Tarihi:
2022
Yayınevi:
Mücrü Nəşriyyatı
ISBN:
9789952222265
Ülke:
Türkiye
Dil:
Türkçe

Yorumlar ve İncelemeler

Puan vermedi·115 syf.··
2025 34. kitabı
Vasif Zahidov - “Əkiz” Artıq yazıçının üçüncü kitabını oxuyuram və hər dəfə oxuduqca bir şeyi daha aydın anlayıram - bu adam dünyaya yazmaq üçün gəlib. Zahidov yenə də maraqlı süjet xətti, düşündürücü mövzu və oxucunu içərisinə çəkən hekayə ilə çıxır qarşımıza. Bu dəfəki kitabını maraqlı edən əsas səbəblərdən biri isə, əvvəlki – "Keçid" adlı romanla olan bəzi bağlarıdır. Həmin o kitabı da nə qədər çox bəyəndiyimi əvvəlki təhlildə qeyd etmişdim. O romanda tanıdığımız bəzi obrazlar az da olsa belə qarşımıza çıxır və bu iki əsərin bir-birinə bu qədər gözəl toxunması, oxucu üçün fərqli bir zövq yaradır. Daha ilk səhifələrdən insanı özünə bağlayan kitab, Fərman adlı gənc bir oğlanın həyatından, sevgi hekayəsindən bəhs edir. Ən çox sevdiyim məqamlardan biri isə yazıçının fəsilləri necə bitirməyidir. Elə bir anda, elə bir cümlə ilə sonlandırır ki, məcburən növbəti fəsilə keçməli olursan. Bu tərz onun "Keçid" romanında da var idi və bu əsərdə də eyni şəkildə davam etdirir – yəni oxucunu maraqda saxlamaq, diqqəti sadəcə kitabda saxlamaq onun qələminin ən güclü cəhətlərindən biridir. Kitabdakı səhnələr elə indiki gəncliyə – onların danışığına, düşüncəsinə, davranışlarına baxılıb yazılıb. Hekayənin bəzi yerlərində adamın üzündə təbəssüm yaranır, bəzən isə heç gözləmədiyin anda gülürsən – çünki oxuduqların sənə öz həyatından kiçik bir kadrı xatırladır. Fərmanın düşdüyü vəziyyət həm gülüş doğurur, həm də içində qəribə bir kədər yaradır. Yazıçının ən çox bacardığı və hər dəfə uğurla alındıra bildiyi işlərdən biri də baş obrazın iç dünyasını, öz-özü ilə etdiyi söhbətləri yazmaqdır. Daxili monoloqlar çox doğma, çox səmimi, çox tanış gəlir insana. Bunu əvvəlki kitabında da etmişdi, onda da heyran qalmışdım, indi də o ustalığı eyni səviyyədə davam etdirir. Gündəlik həyatda hər
1000Kitap
ƏkizVasif Zahidov · Mücrü Nəşriyyatı · 07 okunma
Reklam