Kənar Adamın Söylədikləri

Əlibala Məhərrəmzadə
6/10
1 Kişi
5
Okunma
Beğeni
323
Görüntülenme
Romanın süjeti olduqca maraqlı, dramatikdir. Baş qəhrəman – fransalı yazar Mişel Leqranı “Ailes” qəzeti redaksiyası Bakıya 44 günlük Qarabağ müharibəsindən reportaj hazırlamağa ezam edir, jurnalist Gəncə bombalanan zaman ora yollanır, vətənpərvər professor Kərimzadə ilə tanış olur. Əslən Qubadan olan professor Mişelin fransız olduğunu bilib ona yaşadığı Quba bölgəsindəki fransız izlərindən, o cümlədən Aleksandr Dümanın Quba səfərindən danışır. Nə vaxtdır beynində bir roman yazıb məşhurlaşmaq ideyası dolanan Mişel Parisə qayıtmaq əvəzinə, Qubaya gedəsi olur. Amma Qubada 1918-ci il soyqırımı abidəsini görüb, ermənilərin burnunu ovan Qaçaq Mayıl barədə eşidib, üstəlik, ermənilərin fransızlara vurduğu yaralardan da xəbərdar olub mövzusunu dəyişir. Romanda Qubanın Rusiya imperiyası tərəfindən işğalı, çarizm əleyhinə xalq üsyanları, 1918-ci il qırğınları, Xalq Cümhuriyyətinin qurulması, 1920-ci il bolşevik istilası, Azərbaycanda bolşeviklər əleyhinə qiyamlar – bir sözlə, Azərbaycan tarixinin bizə, əslində, qaranlıq qalan böyük bir hissəsinə, eyni zamanda Fransaya qarşı törədilən erməni terrorlarına sənədli materiallarla güzgü tutulur.
280 sayfa
Reklam

Yazar Hakkında

Əlibala Məhərrəmzadə
Əlibala MəhərrəmzadəYazar · 1 kitap
İqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı. Əlibala Səttar oğlu Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. İqtisad elmləri namizədi, professordur. 2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür. Sərbəst auditor olan Əlibala Məhərrəmzadə "Kaspian Audit Kompani" MMC-nin direktorudur. Ailəlidir, dörd övladı var.
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.