Köhnə Qorxular

Ramiz Rövşən

Köhnə Qorxular Sözleri ve Alıntıları

Köhnə Qorxular sözleri ve alıntılarını, Köhnə Qorxular kitap alıntılarını, Köhnə Qorxular en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Sən birdən getmədin, yox, hər gün bir az getdin, bir az. Bəlkə, qorxdun- birdən getsən, bu ürəyim tablamaz.
Mən sərxoşluq anında
İndi yer kürəsini divarlardan yapışıb saxlamaq istəyirəm. Gücüm çatmır, neyləyim, divarlara söykənib ağlamaq istəyirəm...
Reklam
Yox, dəymə heç nəyə, qoy belə getsin, Əl vurma bu ömrün axarına sən. Gün-günə calansın, il-ilə yetsin, Gedib çıx bu ömrün axırına sən.
Bir gecə hər şeyi unutmaq olar, Beləcə hər şeyi unutmaq olar.
Yaşamaq da, bir işdir
Yaşamaq da, bir işdir Hər gün nəfəs alıb-vermək Yeyib-içmək Sevişmək Ölüm bekarçılıqdır Nə bir kəsi axtarırsan Nə səni axtaran var... Yaşamaq da, bir işdir Özü də, pis iş deyil Canında tab Ağzında tam varsa, Yeməyə kabab İçməyə şərab Sevməyə adam varsa...
Təpədən dırnağa hirs içindəyəm, Dönmüşəm dustağa hirs içindəyəm. Bu hasar içində, bu hirs içində ürəyim özünə yer tapa bilməz. Bir çiçək qoxusu, bir quş səsi də daha ürəyimə yol tapa bilməz. Səpdim öz yarama mən öz külümü, adam öz külünə bulanır belə. Dişim parça-parça kəsir dilimi: şerim hecalara bölünür belə. Mən belə adamam, məndən uzaq gəz, uzaq gǝz xeyrimdən, şərimdən mənim. Daha bu qələmim çiçək bitirməz, qızlar çələng hörməz şerimdən mənim. Qaçdım məni sevən gözlərdən daha, hamının sevgisi gözündə qalsın. Ev tikən deyiləm sözlərdən daha, qoy hamı o çölün düzündə qalsın.
Sayfa 138Kitabı okudu
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.