Tahmini Okuma Süresi:
10 sa. 39 dk.
Sayfa Sayısı:
376
Basım Tarihi:
2147483647
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca

Yorumlar ve İncelemeler

Hisslərin sükutundan daha yaxın olan hər kəsə..
Puan vermedi·376 syf.··
2022 26. kitabı
·
30 saatte okudu
·
Okunma: 07 Kasım 2022 18:03
Həyatınızdan məmnun olmağınız üçün ən gözəl səbəblərdir ; hisslərinizə önəm verən, səssizliyinizi anlayan insanların əhatəsində olmaq. Kimilərimiz daha yaxın olarıq bu əhatəyə, kimilərimiz isə ora çatmaq üçün ardı- arası kəsilməz mübarizə aparar. Obrazımız Adel də bu ikinci insanlara aid idi. Doğrusu, əsəri oxuyanda başlarda ona qarşı mənfi emosiyalarım var idi. Amma sevgi haqqında düşüncələri, mübarizə ruhu və ağılı məni özünə bağladı. Zəngin bir ailədə böyüyən Adelin atasını itirməsi ilə başlayır romanımız. Əslində beynimdə bu cümlə var idi “klassik xarici film” mövzulu daha bir roman. Ancaq bunu öyrəndim ki, hər mövzuda olduğu kimi ön yarğını qırağa qoymaq lazımdır. (Bu arada siz mənim "ancaq, amma" bağlayıcılarımı çox görəcəksiniz. Insanın zidd fikirlərini öyrənməsi hər dəfə qismət olmur :D ) √Dan Brawn, təsirini o qədər hiss etdim ki, əsər boyu yeni məlumatlarla qarşılaşdım. Doğrusu, çoxusu ilə əvvəldən tanış idim. Amma dünyagörüş formalaşdırmaq cəhətdən olduqca yaxşı məlumatlara sahibdir. Hansı ki, mənim üçün psixoloji tədqiqatlar olduqca maraqlıdır. Turan Həsənli, sizi “Rosenhan eksperimenti”, “Bamba ekperimenti” ilə tanış edəcək, Kvant fizikasından tutmuş, gündəlik sağlamlığımız haqqında araşdırma aparmağa səsləyəcək. Əlbəttə, mövzularla bağlı araşdırma aparmaq sizin öz seçimizdir, müəllif yaxşı istiqamət vericidir. √ Doğrusu,romandakı fərqliliyi sonlara doğru çox hiss etdim. Yazar, Adelin zəkası ilə çox təsirli son nümayiş etdirdi. Dialoqların elmi məlumatla çox olması, insanı süjetdən bir az uzaqlaşdırır, buna baxmayaraq, qeydlər aparın və oxuyun, son sizi valeh edəcək. Və unutmayın.. ~Hər son bir başlanğıcdır.
Kitap Yorumu
KomaTural Hesenli · 214748364736 okunma
Puan vermedi·376 syf.··
2023 125. kitabı
Yaxşı kitab çox qiymətli xəzinədir deyib Həsən bəy Zərdabi.Dünya, ədalət, din, siyasət, sevgi və ailə sevgisinin təbiəti və tipləri kimi mövzularla genişləndirilmiş, dəlillərə əsaslanmış, tarixi fakt və hadisələrlə zəngin bir kitab oldu Koma. Mənə görə 3 tip oxunan kitab var, dadına vararaq aramla oxunan, sadəcə oxudugun, və acgözlüklə oxuyub bitirməyə can atdıgın. Mən bu kitabı heç birinə aid edə bilmədim. Oxuduqca yaşadıgım duyguları, kitabın məndə qoydugu izləri sözlə ifadə edə bilmərəm.. Kitabda hər bölüm bitdikdən sonra gələn köşə yazıları, boş ucları bağlamağa və bölümə son toxunuş verməyə meylli olan epiloq, ya da gələn bölüm üçün gizli sirr verən proloq oldu.. Əraf hissəsini oxuyarkən elə hiss etdim ki, məni bir qəfəsə salıblar. O qəfəsdən çıxaq istəmədiyim kimi, eyniylə də sonsuzluga qədər orda qalmaqdan da qorxurdum. Həm kitab bitsin istəyirdim, həm də bitməsini istəmirdim.. Jonas obrazını ilk tanıyandan sona qədər eyni fikirdə qaldım, hətta kitabın ortalarında Jonasın ani yox olması belə mənfi düşüncələr yaratmadı onun haqqında.. Sonun necə, kimin planın bir parçası oldugunu bilmədən Jonas haqqında düşündüyüm bu oldu, pul insanı düşüncəsiz edər, acgöz edər, hətta xaraktersiz edər, amma sevən bir insan edə bilməz... Romanda daha çox pərəstiş etdiyim obraz Adelin valideyinləri oldu, xüsusilə də atası(bəlkə də atası ilə müqayisədə anası bir az kölgədə qaldıgından) Kimliyindən asılı olmayaraq, hər insan vicdan mexanizmi ilə birlikdə yaradılır. İnsanları bir-birlərindən ayıran xüsusiyyət isə onların öz vicdanlarını nə qədər istifadə etdikləridir. Hər insanda vicdan var. Lakin vicdan nə qədər istifadə edilir, mühüm olan budur... Adelin atası Yusif yaddaşımda vicdanlı, aylarını, illərini ömrünü, gözlərini qırpmadan dünyanın xilası üçün qurban verən, həm də Adel
KomaTural Hesenli · 214748364736 okunma
Reklam