"Caninin də, banditin də içində bir insan yatır. Fəqət bununla yanaşı, o, bir oyunçu, bir rəqibdir və polis məhz bu oyunçunu, bu rəqibi görmək istəyir, məhz ona qarşı mübarizə aparır.
İstər qətl törədilsin, istərsə də hansısa cinayət işlənsin. Cinayət axtarışı adətən obyektiv dəlillərə əsaslanır. Bu isə bir və ya daha artıq sirr demək idi. Ağıl məhz bu sirrləri çözməliydi"