Leyli və Məcnun

Fuzuli

Leyli və Məcnun Gönderileri

Leyli və Məcnun kitaplarını, Leyli və Məcnun sözleri ve alıntılarını, Leyli və Məcnun yazarlarını, Leyli və Məcnun yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
·
Puan vermedi
Məcnun Leylini sevirdisə niyə sonda onu rədd etdi? Get, get sən həmin Leyli deyilsən.. Çünki Məcnun eşqinin elə bir mərtəbəsinə ucalmışdı ki, sevgisini ilahiləşdirmişdi. Leylini sevə-sevə onsuz yaşamağa o qədər öyrəşmişdi ki, real həyatdakı Leyliyə yox, öz xəyalında yaratdığı Leyliyə aşiq olmağa başlamışdı , bəlkə də, xəyalı ilə hər gün danışırdı, dərdləşirdi. İnsan bəzən qovuşa bilməyəndə xəyalında yaradır o insanı, və xəyalında sevir, onu özü üçün o qədər idealaşdırır ki, realdakı insan heç vaxt o qədər mükəmməl və müqəddəs ola bilməz.. Əgər qovuşsaz bütün o illüziya, ideal eşq , mükəmməl insan təəssüratı dağılıb gedəcək. İnsan bunun baş verəcəyini içdən-içə bilir əslində , bundan qorxduğu üçün də realda qaçır sevdiyi insandan, çünki bilir yaxınlaşsa, o onun təsəvvüründəki ideal insan olmayacaq, ona görə içdən-içə deyirsən ki, get, Leyli, sən o sən deyilsən..
Leyli və Məcnun
Leyli və MəcnunFuzuli · Gənclik,1991 · 01,961 okunma
Kimdir ki, gəlib cahana getməz? Kim kamil olur, o zavala yetməz? Budur rəhü rəsmi ruzigarın Kim, ola xəzanı hər bəharın.
Reklam
Bir şişə ki, oldu parə-parə, Peyvəndinə hiç varmı çarə?
Bu qəzəl ağlar Məcnunundur
Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm, Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm. Kimə kim, dərdimi izhar qıldım istəyib dərman, Özümdən həmbətər bir dərdə onu mübtəla gördüm. Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəfin, Səfadən dəm vuran həmdəmləri əhli-riya gördüm. Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən Və gər güzgudən umdum sidq, əksi-müddəa gördüm. Ayaq basdım dəri-ümmidə, sərgərdanlıq əl verdi, Hünər səriştəsin tutdum, əlimdə əjdaha gördüm. Mənə göstərdi gərdun, tirə bəxtim kövbəkin yüz kəz, Məni-bədbəxt ona hərgah kim, baxdım, qara gördüm. Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən, Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm.
Bir şişə ki, oldu parə-parə, Peyvəndinı hiç varmı çarə?
Sayfa 159 - "ŞƏRQ-QƏRB"; Bakı-2005Kitabı okudu
Leyli:
Olsaydı mənim bir ixtiyarım, Olmaz idi səndən özgə yarım!
Sayfa 150 - "ŞƏRQ-QƏRB"; Bakı-2005Kitabı okudu
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.