Macal Posts

You can find Macal books, Macal quotes and quotes, Macal authors, Macal reviews and reviews on 1000Kitap.
Bir var şüurun, məntiqin dəliləri, bir də var ürək qanunları,hisslərin müvazinəti. Soyuq şüur mühakimə yürüdür ki, adamlardan, yaxşılıq belə elədiyin insanlardan qorun,məsafə saxla, çomağını əlindən qoyma. Amma bunu nəzəri, mücərrəd cəhətdən dərk etmisən. Düşünürsən ki, day içində möhkəm qala tikmisən, heç bir acı söz, heç bir tikan, heç bir gizli ox sənə xətər gətirə bilməz.
Sayfa 515Kitabı okudu
İnsanlarla əlaqəni kəsmək şərt oldu.)
Mənfi emosiyalar qədər insan ömrünü qısaldan ikinci bir bəla yoxdur. Hər şeyi onlar törədir-xərçəngi də, hipertoniyanı da, diabeti də, ürək, əsəb xəstəliklərini də.
Sayfa 514Kitabı okudu
Reklam
Ölüm hər şeyi unutdurur axı..Bircə gözəl günlərdən savayı.
Ölümün böyük gerçəkliyi qarşısında bütün olub-keçən ədavətlərin kin - küdurətin, mübahisə və mülahizələrin puçluğu, heçliyi, yalançı "əhəmiyyəti" çox aydın görünür.
Sayfa 506Kitabı okudu
Sanki o keçmişin də gələcək kimi daima mövcud olduğunu, haradasa - itənlərdə donub qaldığını, yoxa - puça çıxmadığını - unutmuşdu.
Sayfa 503Kitabı okudu
Haradandır bu hiss, lap uşaq yaşlarından ona tanış idi bu qorxu, bu təlaş.. Hər şey yaxşı olanda, işləri düz gələndə, necə deyərlər bəxti gətirəndə, həmişə anlaşılmaz qorxu, təlaş, vahimə hissi altdan - altdan onun içini gəmirərdi. Nə isə baş verəcəyi, nə isə uğursuzluğa düçar olacağı, yaşadığı bu xoş anların, bəxtiyar saatların nə iləsə, dəhşətli bir peşmançılıqla, böhranla, bədbəxtçiliklə əvəz olunacağı qorxusu..
Sayfa 389Kitabı okudu
Həyatda qalmaq üçün sadə düstur.
İnsan münasibətləri yalnız müəyən təmənna - asılılıq zəminində qurulur.
Sayfa 406Kitabı okudu
Reklam
Qəribədir... çox qəribə fikirdir... deməli, taleyimizə gələcəyin bir neçə müxtəlif variantı yazılıb, onlardan hansı birini seçmək isə özümüzdən asılıdır.
Sayfa 535Kitabı okudu
İnsan ömründə bəzən elə sözlər, ya elə işlər olur ki, vaxt, hər şeyə məlhəm olan vaxt belə, onların qarşısında acizdir, onlar hər yaranı sağaldan, hətta ölüm itkisinin ağrısını belə keyləşdirən vaxta üstün gəlirlər.
Qəribədir... çox qəribə fikirdir... deməli, taleyimizə gələcəyin bir neçə müxtəlif variantı yazılıb, onlardan hansı birini seçmək isə özümüzdən asılıdır. Deməli... qəribə fikir idi bu... ətraflı fikirləşmək lazım idi bu barədə... Macal olanda...
İnstitutdakı müəllimlərin çoxusu elə bil bir-birinə oxşayırdı, amma Fuad Salahlı heç kimə oxşamırdı. Qara saçları, arıq, əsəbi sifəti, ucu sivri burnu, nazik mütəhərrik dodaqları və eyni cür daima hərəkətdə olan nazik uzun barmaqları vardı.
13 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.