"Macal" kitabına Anarın son illərdə yazdığı iki povesti və "Şəhərin yay günləri" pyesi daxildir. "Macal" povestinin mövzusu müasir həyatdan alınmışdır, əsərdə bir sıra mühüm əxlaqi problemlər qoyulur, hadisələr memarlıq məsələləri fonunda cərəyan edir, xarakterlər mürəkkəb psixoloji toqquşmalarda açılır. "Əlaqə" povesti elmi-fantastik janrın nümunəsidir. Yazıçının bu janra ilk dəfə müraciət etməsinə baxmayaraq, əsər, janrın bədii-estetik tələblərinə cavab verir, maraqla, intizarla oxunur, oxucunu müasir həyat barədə, insan və zaman barədə düşündürür.
"Şəhərin yay günləri" pyesi M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
Müxtəlif janrlarda, müxtəlif mövzularda yazılmış bu əsərlər yazıçının son dövrdəki axtarışları barədə tam bir təsəvvür yaradır.