Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Maraqlı Hekayələr

Cəmo bəy Cəbrayılbəyli

Maraqlı Hekayələr Hakkında

Maraqlı Hekayələr konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
4/10
1 Kişi
1
Okunma
1
Beğeni
247
Görüntülenme

Hakkında

Tahmini Okuma Süresi: 1 sa. 39 dk.Sayfa Sayısı: 58Basım Tarihi: 29 Mayıs 1956Yayınevi: Uşaq Gənc Nəşr
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Cəmo bəy Cəbrayılbəyli
Cəmo bəy CəbrayılbəyliYazar · 1 kitap
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Atasını erkən itirmişdi. Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxumuşdu. 1920-ci ildə Bakıda Köhnə Marinskaya qız gimnaziyasının binasında ilk darülmüəllimat - qızlar üçün seminariya yaradılmışdır. Onun müdiri Azərbaycan xalqının fədakar qızlarından Mədinə Qiyasbəyli idi. 1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə hər iki seminariya birləşdirilərək Bakı Müttəhid (birləşmiş) Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə başlamış və tezliklə respublikanın tədris ocaqları arasında özünəməxsus yer tutmuşdur. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Cəmo Cəbrayılbəyli idi. O illərdə texnikum təkcə Azərbaycan üçün deyil, Orta Asiya və Dağıstan respublikaları üçün də pedaqoji kadrlar hazırlayırdı. 1908 ildən pedaqoji fəaliyyətə başlamış, Şamaxı (1908-14) və Bakı (1914 ildən) məktəblərində müəllimlik etmişdir. Cəbrayılbəyli və Zülfüqar bəy Hacıbəyli Şamaxıda “Nicat” maarif cəmiyyətinin şöbəsini açmaq məqsədilə 1915 ilin yayında Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoymuşlar. Bakı mətbuatında, əsasən, “Məktəb” jurnalında uşaq pyesləri, hekayələr, şeirlər dərc etdirmişdir. Ağəli bəy Naseh, Mirzə Ələkbər Sabir və Abbas Səhhətlə yaxın dost olmuşdur. “Cəmo” imzasıyla şeirlər yazmışdır (Azərbaycan Respublikasının hazırkı himninin mətninin müəllifinin Cəmo Cəbrayılbəyliyə məxsus olması fikri də var; belə ki, 1919 ildə Bakıda dərc edilən “Milli nəğmələr” kitabındakı “Vətən marşı” şeirinin mətni indiki himnin sözləri ilə eynidir. Şerin sonunda isə “Cəmo bəy” imzası qeyd olunmuşdur). Cəbrayılbəyli 1922 ildə orta məktəb müəllimləri hazırlayan ali pedaqoji kursları bitirmiş, “Zükur” darülmüəlliminə (pedaqoji texnikumuna) müəllim, sonralar dərs hissə müdiri təyin edilmişdir (1922-31). 1931 ildə Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirmiş, 1932-37 illərdə Sənaye Akademiyasında (Bakı), Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda, 1938-64 illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 1942 ildə namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi, dosent adı almış, elə həmin il Azərbaycanın əməkdar müəllimi adına layiq görülmüşdür. Cəbrayılbəyli Azərbaycanda pedaqoji kadrların hazırlanmasına və tərbiyə olunmasına böyük əmək sərf etmişdir. O, bir sıra dərsliklərin (“Təbiətə ilk addım”, Müxtəsər nəbatat”, “Heyvanat dərsləri” və s.), 30-dan çox elmi-metodik kitab və kitabçanın müəllifidir. Şərəf nişanı ordeni və bir çox medallarla təltif edilmişdir. 1964 ildə fərdi təqaüdə çıxmışdır. Şamaxıda “Şahixəndan” qəbiristanlığında M.Ə.Sabirin qəbri yanında dəfn edilmişdir.