Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yorumlar ve İncelemeler

Tümünü Gör
252 syf.
6/10 puan verdi
·
5 günde okudu
Bu kitab bizə Masonluq haqda doğru bildiyimizi zənn etdiyimiz yanlışları öyrədir. Bu kitabda Masonluğun tarixi, tanınmış məşhur mason olmuş şəxslər, onların fəaliyyətləri, Atatürk dönəmindəki mövqeləri, kim olduqları, qayələri, bir sözlə, doğru bildiyimiz yanlışlara, doğru formaları ilə cavab tapmaq mümkündür. Masonluq nədir? Qayəsi nədir? Masonlar kimlərdir? Masonluq haqda yanlış bildiyimiz; bu təşkilatın üzvü olan şəxslərin inancsız şəxslər olması, məqsədlərinin, idealarının siyasi yönümlü olması, dövlət əleyhinə gizli fəaliyyət göstərmələri kimi yaranmış yanlış məfhumları aradan qaldırır, doğrularını göstərir. Masonluğun qayəsi həqiqəti axtarmaq, insanlar, millətlər arasında qardaşlıq, dostluq yaratmaq, cəmiyyətə xidmət etmək, ədalətli cəmiyyət yaratmaqdır. Bilinən əksinə bu təşkilatın üzvləri ilk növbədə inanclı şəxslər olmalıdır, inancsız şəxslər bu təşkilata üzv ola bilməz, masonlara görə, inancsız insanlar, bir məqsədi olmayan insanlar cəmiyyətə fayda verə bilməz, məhz buna görə də bu təşkilatın üzvləri inacsız insanlar ola bilməz. Masonlar siyasi yönümlü fəaliyyət göstərməzlər, bu onların normalarına ziddir. Ən məhşur tanınan vətənpərvər şəxslər isə məhz elə masonlardır. Bu kitabda bəzi anlaşılmaz və artıq məqamlar da çoxdur.
Masonluq
MasonluqMithat Gürata · Qanun nəşriyyatı · 010 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.