Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mefatihu’l Cinan

Şeyh Abbas Kummi

Sayfa Sayısına Göre Mefatihu’l Cinan Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Mefatihu’l Cinan sözleri ve alıntılarını, sayfa sayısına göre Mefatihu’l Cinan kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
"Mübarək Ramazan ayının fəzilətləri və əməlləri"
Siz bu ayda ac və susuz qalmaqla Qiyamət gününün aclığını və susuzluğunu xatırlayın. Öz yoxsul və kimsəsizlərinizə əl tutun. Qocalarınıza hörmət edin, uşaqlarınıza rəhm edin, qohum-əqrabalarınıza mehribanlıq göstərin.  Dilinizi, deyilməsi yasaq olan şeylərdən saxlayın.  Gözlərinizi baxılması halal olmayan yerlərə örtün. Qulaqlarınızı  eşitməyi halal olmayan şeylərə bağlayın.  Başqalarının yetim qalan uşaqlarla mehribanlıq olun ki, sizdən sonra sizin də uşaqlarınızla mehriban olsunlar.  Günahlardan əl çəkib Allaha tərəf qayıdın.
Sayfa 454 - Tərcümə edənlər: Z.Bağırov; R. Şükürov
"Mübarək Ramazan ayının fəziləti və əməlləri "
Peyğəmbər buyurub: "Ey camaat, həqiqətən Allahın ayı rəhmət və bərəkətlə sizə tərəf üz tutmuşdur. Bu ay Allah yanında ən yaxşı ay, onun günləri ən yaxşı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saatdır. Bu ayda Allah sizi öz qonaqlığına  dəvət edib və siz ilahi kəramətə şamil olmusunuz. Sizin bu ayda nəfəsləriniz təsbih savabı, yuxunuz ibadət savabı daşıyır.  Sizin bu ayda əməlləriniz və dualarınız qəbul olunmuşdur. Günahlardan və pis sifətlərdən təmizlənmiş qəlblərlə, xalis (düz) niyyətlərlə Allahdan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin.  Bu böyük ayda Allahın bağışlanmağından məhrum olan şəxs həqiqətən bədbəxtdir.
Sayfa 454 - Tərcümə edənlər: Z. Bağırov; R. Şükürov