Məhəbbətin Gizli Kodu sözleri ve alıntılarını, Məhəbbətin Gizli Kodu kitap alıntılarını, Məhəbbətin Gizli Kodu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bəli cinayət!.. Birinin qəlbini məqsədli şəkildə ələ almaq, onun ruhunu almaq demək idi. Əgər birinin ruhunu alıb, öz ruhuna qatmayacaqsansa, onu havaya buraxıb gedəcəksənsə bu həmin insanı öldürmək anlamına gəlmirdi mi? Və dünyanın hər yerində insanı qəsdən öldürmək cinayət hesab edilmirdi mi?..
— Narahat etmədim ki, Qanbay müəllim?
Qasımlıya görə, insanlar arasında münasibətdə bu sual qədər mənasız, yersiz ikinci bir sual ola bilməzdi. Xüsusilə də, əgər bu sual mədəni bir adama verilibsə, lap qıcıqlandırıcı təsir bağışlayırdı. Axı qarşısındakı adam sənin gəlişindən, ya telefon zəngindən narahat olsa da, sənə "narahat etdin" cavabını verməyəcək! Çox yaxşı bilirsən ki, narahat olduğu halda da "yox əşi, o nə sözdür" deyəcək. Və əgər belədirsə, bəs onda nə üçün bu sualı verirsən?
Bəli,cinayət!..Birinin qəlbini məqsədli şəkildə ələ almaq,onun ruhunu almaq demək idi. Əgər birinin ruhunu alıb,öz ruhuna qatmayacaqsansa,onu havaya buraxıb gedəcəksənsə,bu həmin insanı öldürmək anlamına gəlmirdimi? Və dünyanın hər yerində insanı qəsdən öldürmək cinayət hesab edilmirdimi?
Sevgi xəyanəti odur ki, sənin məhəbbətinə illər uzunu inanaraq, öz məhəbbətiylə qarşılıq vermiş birinin inamını, ümidini param-parça edib ayaq altına atasan.
"Sirdaş səni yalnız anlamaqla kifayətlənməməli, həmdə duymalıdır.Anlamaq başqa şeydir, duymaq başqa.Insan yalnız sevdiyi şəxsi kifayət qədər duya bilər."
İlahi, cəmi iyirmi manata alınan və uzağı bir həftədən sonra zibil qutusuna atılacaq bir şey, neçə ildən bəri dərdin, kədərin üzüb yorduğu qadını birdən-birə necə xoşbəxt edə bilərmiş!..
Sadə bir gül dəstəsi... Deməli, məsələ onun qiymətinin ucuzluğunda, ömrünün qısalığında deyilmiş. Özüylə gətirdiyi diqqətdə, qayğıda, hörmətdə, istəkdə, sevgidə imiş. Və bunlar heç də ucuz şeylər deyildilər. Nə ucuz, nə də qısa ömürlü. Bunlar, bəzən milyard manatları xərcləməklə tapılıb alınan bilməyəcək, nadir mənəvi sərvətlər idilər.