Məhəmməd(s) Əxlaqı

Ali Hamaney

Məhəmməd(s) Əxlaqı Quotes

You can find Məhəmməd(s) Əxlaqı quotes, Məhəmməd(s) Əxlaqı book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bir neçə nəfər əziz Peyğəmbərin (s) yanına gəlib bir şəxsi təriflədilər. Dedilər ki, ey Allahın rəsulu, biz bu kişi ilə səfərə çıxmışdıq. O çox yaxşı,pak və allahçı bir kişidir; həmişə ibadət edirdi, harada dayanırdıqsa, dayandığımız andan hərəkət etdiyimiz vaxta qədər namazla, zikrlə, Quranla və belə işlərlə məşğul olurdu. Bu təriflərdən sonra Peyğəmbər (s) təəccüblə onlardan soruşdu: "Bəs onun işlərini kim görürdü? Miniyindən düşəndən daim namazla və Quranla məşğul olan şəxsin yeməyini kim bişirirdi? Onun əşyalarını kim endirir və (gedəndə) miniyə yükləyirdi? Onun işlərini kim görürdü?" Onlar cavabda dedilər ki, ey Allahın rəsulu, biz tam rəğbətlə onun işlərini görürdük. Peyğəmbər (s) buyurdu: “Sizin hamınız ondan yaxşısınız”. Onun öz işini görməyib sizin üzərinizə qoyması və özünün ibadətlə məşğul olması yaxşı insan olmasına bais olmur. Yaxşı insan sizsiniz ki, işləyirsiniz, çalışırsınız və hətta başqasının işini də görürsünüz.
Əziz Peyğəmbərin (s) işlərindən biri cəmiyyətdə mehriban, sevgi və məhəbbət dolu bir mühit yaratmaq idi. Yəni bütün insanlar bir-birinə qarşı sevgi göstərsinlər, bir-birinə xoş niyyətlə və nikbinliklə baxsınlar. Bu gün də bizim vəzifəmiz budur. Yəni İslam cəmiyyətində müsəlmanlar birbirlərinə qarşı laqeydlik halından çıxmalıdırlar. Müsəlmanların bir-birləri ilə işlərinin olmaması, hərəsinin özü üçün ayrı bir dünya yaradıb digər müsəlmanlarla maraqlanmaması İslamda bəyənilməmişdir. Əziz Peyğəmbərin (s) həyatının fəsillərindən biri bu idi ki, bu laqeydlik vəziyyətini sevgi, əməkdaşlıq və qardaşlıq vəziyyətinə, bir-biri ilə əməkdaşlıq edən bir toplum yaratmağa çevirsin. Bu elə bir şeydir ki, bu gün də öz quruluşumuzda ona ehtiyacımız var.
Reklam
Bismilləhir Rahmənir Rahim
Ey Allahım, məni bir göz qırpımı qədər də öz nəfsimə tapşırma!
Əhzab döyüşündə əziz Peyğəmbər (s) maraqlı siyasi hiylə ilə düşmən ordusu arasında ayrılıq saldı, amma səhabələrin çoxu ondan baş açmadılar. Peyğəmbər (s) gizli şəkildə xəbər göndərib hücumçu qəbilələrin bir-iki nəfərini çağırdı, dedi ki, əgər müharibədən kənara çəkilsəniz, Mədinənin birillik xurma məhsulunu sizə verəcəyik.Peyğəmbər (s) onların qəbul etməsini gözləmirdi də. Onlar dedilər ki, biz gedib fikirləşərik. Getdikdən sonra Peyğəmbər (s) səhabələri dedilər ki, ey Allahın Rəsulu, bunlar kimdir ki, biz Mədinənin xurmasını onlara verək.Cahiliyyət dövründə bizə hücum etsəydilər, biz öz xurmalarımızın qalıqlarını da bunlara verməyə razı olmazdıq. Peyğəmbər (s) təbəssüm etdi və onlara artıq şərh vermədi. Onlar getdikdə kafirlərin arasında söz gəzdiki, bir qrup adam gedib Məhəmmədlə (s) razılaşıb. Buna görə onların bəzilərinin qəlbinə şübhə düşdü və aralarında böyük ixtilaf yarandı.Peyğəmbər (s) bu üsullardan da istifadə edirdi; həm müharibə, həm hiylə,həm təbliğat, həm informasiya, həm maneələri yoldan götürmək, həm az işləyənləri həvəsləndirmək. Bunların hamısını bir-birinin yanında işlədirdi.
İnşaAllah...
Bizim xalqımız Peyğəmbər (s) məktəbinin şagirdliyi və Peyğəmbər (s) dərsi ilə fəxr edir... Biz Peyğəmbərin (s) əxlaq dərsini, əzəmətli Peyğəmbərin (s) izzət dərsini, onun bizə öyrətdiyi və bizim həyat dərslərimizdən olan elm öyrənmək dərsini, mərhəmət, ucalıq və birlik dərsini öz həyatımızın proqramlarına salmalıyıq... Bizim müsəlman cəmiyyətimiz o zaman sözün həqiqi mənasında kamil müsəlman cəmiyyəti olar ki, özünü Peyğəmbərin (s) rəftarı ilə uyğunlaşdırsın. Əgər o həzrətin rəftarına yüz faiz uyğun olmasa da - təbii ki, uyğun deyil - ən azı ona bənzəsin. Əziz Peyğəmbərin (s) həyat axınının əksi bizim həyatımıza hakim olmasın; o xətdə hərəkət edək...
Dünya+axirət=əbədi səadət
O dünyadır, bu axirətdir. Əgər bunların hər ikisi bir yerə toplansalar, dünya və axirətin səadəti hasil olar. Yəni insanın həm dünyası, həm də axirəti olar. Nəticədə xoşbəxt bir insan və peyğəmbərlərin istədiyi səadətli bir həyat alınar.
Reklam
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.