Millətlər Niyə Tənəzzül Edir?

James A. Robinson

Millətlər Niyə Tənəzzül Edir? Quotes

You can find Millətlər Niyə Tənəzzül Edir? quotes, Millətlər Niyə Tənəzzül Edir? book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Kitab çapı qadağandır
Osmanlı institutlarının son dərəcə mütləqiyyətçi və istismarçı olduğunu nəzərə alsaq, sultanların mətbəəçiliyə qarşı düşmən münasibətinin səbəblərini asanlıqla anlamaq olar. Kitabların vasitəsi ilə ideyalar yayılır və nəticədə əhalini boyunduruq altında saxlamaq daha da çətinləşir. Bu ideyaların bəziləri iqtisadi inkişaf üçün yeni və faydalı yollar göstərə bilsə də, bəziləri mövcud siyasi və sosial vəziyyət üçün təhdid yarada bilər. Bundan əlavə, kitablar oxumağı bacaran hər kəs üçün elm öyrənməyi asanlaşdırdığından, biliklərin şifahi yolla ötürülməsinə tərəfdar çıxanların nüfuzunu sarsıda bilər.Buna görə də kitab çapını qadağan etdilər.
Sayfa 247Kitabı okudu
Montesinosun tərəfdarlarından olan general Bello videoyazıların birində belə deyirdi: "Televiziyaya nəzarət etməsəydik, heç bir şeyə nəzarət edə bilməzdik".
Sayfa 527Kitabı okudu
Reklam
Çap etmək qadağandır
1800-cü ildə İngiltərədə yetkin kişilərin 60%-i, qadınların isə 40%-i savadlı olduğu halda, Osmanlı imperiyasında əhalinin cəmi 2-3%-i oxu-yazı bilirdi. Osmanlı torpaqları hatta əhalisinin cəmi 20%-i oxu-yazı bilən Portuqaliya kimi Avropa ölkələrindən də geri qalmışdı.
Sayfa 247Kitabı okudu
Modernləşmə nəzəriyyəsinin bir növ postmodernist versiyasını hazırlayan New York Times-in yazarı Tomas Fridman daha da irəli gedir: onun fikrincə, bir ölkədə kifəyət qədər “Makdonalds” restoranı olduqda, bunların ardınca mütləq demokratiya və zəruri institutlar yaranacaq.
Sayfa 506Kitabı okudu
Zənginlik və yoxsulluq
Zəngin ölkələrdə insanlar daha sağlamdır, daha uzun yaşayır və daha yaxşı təhsil alır. Onlar tətillərdən tutmuş karyera yollarına qədər, yoxsul ölkələrdəki insanların yalnız arzu edə biləcəyi müxtəlif imkanlara sahibdirlər. Zəngin ölkələrdəki insanlar çala-çuxurun olmadığı yollarda avtomobil sürür, evlərində kanalizasiya, elektrik və su xəttindən istifadə edir. Adətən belə ölkələrin hökumətləri öz vətəndaşlarını istədiyi vaxt həbs etmir, ya da sıxışdırmır; əksinə, bu hökumətlər onlara təhsil, səhiyyə, yol, asayiş və digər xidmətlər göstərir. Mühüm bir məsələ də bundan ibarətdir ki, vətəndaşlar seçkilərdə iştirak edir və ölkənin hansı siyasi istiqamətdə irəliləyəcəyini müəyyən etməkdə söz sahibi olurlar.
Lakin Busianın təcrübəsi göstərir ki, "bazar uğursuzluqları"nı azaldan və iqtisadi inkişafi təşviq edən bir siyasətin qarşısında dayanmış əsl maneə siyasatçilərin cəhaləti deyil, bu siyasətçilərin üzləşdiyi institusional məhdudiyyətlər və stimullardır. Cəhalat fərziyyəsi hələ də əksər iqtisadçılar arasında və demək olar ki, hər şeydən əvvəl, ölkənin rifahı haqqında fikirləşən qərb siyasi dairələrində qəbul olunsa da, yararsız fərziyyədir. Bu fərziyyə nə bütün dünyada inkişafın köklərini, nə də ətrafımızda baş verənləri, məsələn, nə üçün ABŞ və Ingiltərənin deyil, Meksika və Peru kimi bèzi ölkələrin öz vətəndaşlarının əksəriyyətini yoxsulluğa sürükləyən institut və siyasət seçdiklərini, ya da nə üçün Afrikanın demək olar ki, bütün cənub hissəsinin və Mərkəzi Amerikanın əksər bölgəsinin qərbi Avropa, ya da Şərqi Asiya ilə müqayisədə bu qədər yoxsul olduğunu izah edə bilir.
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.