Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mələk

Qaraqan

Mələk Gönderileri

Mələk kitaplarını, Mələk sözleri ve alıntılarını, Mələk yazarlarını, Mələk yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bakıda iki cür insanlar var idi, heçnə etmədən hərşeyi olanlar və hər şey edərək heçnəyi olmayanlar.
Ali & NinoKitabı okudu
O mənə baxıb gülümsəməyi öyrənmişdi. Mən də ona baxıb nağıllara inanmağa başlamışdım.
Reklam
Doğrudan da, bütün o yoldaşlar, mənim uzun həyat yolumun sadəcə daşları idi.
132 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Hər kəs Qaraqanı dinləyə bilər, kitablarını da oxuya bilər. Amma hamı onun əslində nə oxuduğunu, nə demək istədiyini başa düşə bilməz. Qaraqan'dan oxuduğum ilk əsər idi. Kəsinliklə davamı gələcəkdir. Bu əsər axıcı olduğu üçün tez oxumaq olur. Bəs başa düşmək necə? baxın orası çətin məsələdir. Əgər Qaraqan haqqında bir profil beyində
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,528 okunma
Blez Paskal
"İnsan heyvandır, nə mələk və onun bədbəxtliyi ondadır ki, nə qədər çox mələk olmaq istəyirsə bir o qədər çox heyvanlaşır"
Sayfa 130 - Əli və NinoKitabı okudu
Aydın səmadan ilk dolu dənələri yerə düşəndə insanlar bunun nə olduğunu anlamır və bəziləri çaşıb bu dolunu kiminsə üzüyündən düşən brilyant daş bilib yerə əyilir, soyuq buz parçasını barmaqları arasında əzir və ancaq bir neçə saniyədən sonra başa düşürdü ki, bu buzdur.
Sayfa 107 - Əli və NinoKitabı okudu
Reklam
Deməli, yaxşı insanların etdikləri kiçik bir pislik ömür boyu acıdanda, onların etdikləri böyük əclaflıqlar bir qram belə incitmir. Onlar, hətta yaxşı adamları əfəl va axmaq adlandırırlar. Biz onların gözündə çox aşağı və mənasız insanlarıq. Axı biz insanlarda rəqib və düşmən, ov və şikar axtarmırıq. Axı biz sevgi ilə qidalanırıq, pul və hakimiyyət ilə deyil. Bax ona göraonlar heç vaxt bizi anlamayacaq və sevməyəcək. Axı onlar bizə yox, bizim azadlığımıza nifrət edir. Onlar bizim özümüzə yox, onlara olan sevgimizə nifrət edir.
Sayfa 96 - Əli və NinoKitabı okudu
Mən ilk dəfə idi əmin olmuşdum. Pis adamlar etdikləri pislikləri anlamır. Onlar qəbul etmirlər səhvlərini, onlar inana bilmirlar səhv etdiklərinə.
Sayfa 95 - Əli və NinoKitabı okudu
Qaranlığı məhv etmək üçün əlindəki yeganə şamla hücuma keçə bilməzsən. Çünki o sönsə ikinci şamı heç cüra yandıra bilməzsən. İman da ürəklərdə yanan şamlardır. Birdən alışmaz, birdən işıq salmaz, damla-damla, ovuc-ovuc yayılar,çoxalar! Hər kəs öz şamını tutmalıdır.
Sayfa 73 - Əli və NinoKitabı okudu
Əgər sənin ayağların səni məscidə gətiribsə, deməli, sənin köməyə ehtiyacın var.
Sayfa 72 - Əli və NinoKitabı okudu
Reklam
"Bilirsən, sənin getməyini heç istəmirəm... axı... sən, axı mən... mən səni sevirəm... bəlkə də sən bilmirsən sevgi nədir, amma hisslərin var sənin da, sən gülürsən, qucaqlaya bilirsən. Sənin baxışlarında bir işıq... görəsən, mənim dediklərimi anlayırsan?" - deyə ona baxırdım, o isə gülümsəyir və əlimi möhkəm sıxırdı. "Mənim sevgidə bəxtim o qədər də gətirməyib hayatim boyu, həmişə ideal axtarmışam va sonda sən gəldin, göydən düşdün mənim ovcumun içinə. İndi isə özüm öz əllərimlə səni buraxıram. Yox... qovmuram!... Heç ağlına belə gətirmə, sadəcə, sənə seçim verirəm, azadlıq verirəm. Qanadın sağalıb artıq sabah uça biləcəksən... va...bil... bil ki, qalsan... geri qayıtsan məni dünyanın ən xoşbəxt oğlanı edəcəksən. Amma bil ki, uçsan da səni gözyaşı yox, sevgi ilə xatırlayacaq və səninlə keçirdiyim bu iki həftəni hayatımın ən dəyərli anları hesab edəcəyəm. Sən mənim üçün çox dəyərlisən. Mələk! Çox dəyərlisən..."
Sayfa 38 - Əli və NinoKitabı okudu
Buna ancaq sevgi deyirlər. Mən sevirdim... onu sevirdim...
Əgər nəfəs ala bilmirəmsə, əgər bütün içim titrəyir və boğazım quruyursa əgər kiçik bir pıçıltı ilə danışmağa qorxur və onun çox möhkəm bir səslə çıxacağından çəkinirsənsə, əgər başın gicəllən və qollarının arasındakı insanı ürəyinə sıxmaq istəyirsənsə...
Sayfa 32 - Əli və NinoKitabı okudu
...Küləyin əlində biz hamımız sadəcə, kiçik bir ağac budaqlarıyıq və bizim bütün açılışlarımız, qayda və qanunlarımız matəm və bayramlarımız bu böyük təbiət qüvvəsi qarşısında necə də cılız va önəmsizdir...
Sayfa 31 - Əli və NinoKitabı okudu
Deməli, yaxşı insan olmaq axmaqlıq deyil. Deməli, zəmana adamı olmaq lazım deyil, deməli, mənim vicdan xəstəliyim də xəstəlik deyil.
Sayfa 30 - Əli və NinoKitabı okudu
İnsan heç vaxt rastlaşmadığı bir hadisə ilə rastlaşanda nə etməli olduğunu bilmir. Bu yanğın olsaydı, 101-ə zəng edərdim, bu oğru olsaydı mətbəxə qaçıb bıçaq götürərdim, bu canavar olsaydı belə, qışqıra-qışqıra bayıra qaçardım. Amma bu Mələk idi...
Sayfa 8 - Əli və NinoKitabı okudu
897 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.