Mənasızlığın Təntənəsi

Milan Kundera

Mənasızlığın Təntənəsi Quotes

You can find Mənasızlığın Təntənəsi quotes, Mənasızlığın Təntənəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Vaxt uçur. Əvvəlcə vaxtın içində yaşayırıq, sonra ölürük, bir neçə il bizi tanıyanların xatirəsində yaşayırıq, amma aradan qısa vaxt keçir və hər şey dəyişir — ölülər köhnə ölülərə çevrilir, daha heç kəs onları xatırlamır və onlar heçlikdə itib-batırlar..."
Sayfa 28 - Qanun Nəşriyyatı
İnsanlar bu həyatda görüşürlər, söhbət edir, müzakirə aparırlar, küsürlər, barışırlar, amma bir-biriləri ilə çox uzaqlardan, hər biri zamanın müxtəlif nöqtəsində yerləşmiş rəsədxanalardan danışdıqlarını bilmirlər.
Reklam
- Göy üzü işarə edir ki, həyatım əvvəlkindən də gözəl olacaq. Həyat ölümdən güclüdür, amma həyat ölümlə qidalanır.
-İndi etinasızlığa əvvəlkindən fərqli yanaşıram. İndi etinasızlıq mənim üçün daha gur, daha ifşaedici işığa bələnib. Dostum, etinasızlıq deyilən bu şey elə mövcudluğun mahiyyətidir. O, hər yerdə və hər zaman bizimlədir. O, hətta insanın onu görmək istədiyi yerdə - dəhşətlərdə, qanlı mübarizələrdə, ən ağır münasibətlərdə belə var. Bəzən, ancaq cəsarətli adamlar faciəli məqamlarda onu ayırd edə, öz adıyla adlandıra bilərlər.
Sayfa 132Kitabı okudu
-İradənin azadlığı. Azadlıq istənilən şeyə iddia edə bilər. Bunu qoyaq bir kənara. Əsl sual budur; planetdə nə qədər adam varsa, dünya haqqında bir o qədər təsəvvür var, bu da öz-özlüyündə hərc-mərclik yaradır. Bəs bu hərc-mərcliyi necə nizama salmaq olar? Cavab gün kimi aydındır: hamıya eyni təsəvvürü təlqin etməklə. Və bunu yalnız bir iradə sahibi təsəvvür edə bilər, azman, bütün iradələrdən daha üstün iradə sahibi. Mən də elə bunu edirəm, gücüm çatan qədər. Sizi əmin edirəm ki, böyük iradənin hökmranlığı altında olan insanlar, əvvəl-axır nəyə desən inanacaqlar! Eh, yoldaşlar, nəyə desən… inanacaqlar! Sözünü bitirən Stalin xoşbəxt təbəssümlə güldü.
Sayfa 104Kitabı okudu
- Ətrafına bax, gördüyün bütün adamlar, heç kəs, bu dünyaya öz istəyiylə gəlməyib. Əlbəttə, dediyim sözlər yer üzündəki həqiqətlərin ən bayağısıdır. O dərəcə bayağı, o dərəcədə mühümdür ki, insanlar bu həqiqəti görməyi və eşitməyi yadırğayıb.
Sayfa 117Kitabı okudu
Reklam
892 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.