Mənasızlığın Təntənəsi

Milan Kundera

Mənasızlığın Təntənəsi Posts

You can find Mənasızlığın Təntənəsi books, Mənasızlığın Təntənəsi quotes and quotes, Mənasızlığın Təntənəsi authors, Mənasızlığın Təntənəsi reviews and reviews on 1000Kitap.
"Vaxt uçur. Əvvəlcə vaxtın içində yaşayırıq, sonra ölürük, bir neçə il bizi tanıyanların xatirəsində yaşayırıq, amma aradan qısa vaxt keçir və hər şey dəyişir — ölülər köhnə ölülərə çevrilir, daha heç kəs onları xatırlamır və onlar heçlikdə itib-batırlar..."
-İndi etinasızlığa əvvəlkindən fərqli yanaşıram. İndi etinasızlıq mənim üçün daha gur, daha ifşaedici işığa bələnib. Dostum, etinasızlıq deyilən bu şey elə mövcudluğun mahiyyətidir. O, hər yerdə və hər zaman bizimlədir. O, hətta insanın onu görmək istədiyi yerdə - dəhşətlərdə, qanlı mübarizələrdə, ən ağır münasibətlərdə belə var. Bəzən, ancaq cəsarətli adamlar faciəli məqamlarda onu ayırd edə, öz adıyla adlandıra bilərlər.
Sayfa 132Kitabı okudu
Reklam
-Əvvəllər sevgi fərdi, müstəsna bir bayram idi, tayı-bərabəri olmayan, heç bir təkrarçılığa yol verməyən bir hissin qələbəsi idi.
Sayfa 124Kitabı okudu
- Ətrafına bax, gördüyün bütün adamlar, heç kəs, bu dünyaya öz istəyiylə gəlməyib. Əlbəttə, dediyim sözlər yer üzündəki həqiqətlərin ən bayağısıdır. O dərəcə bayağı, o dərəcədə mühümdür ki, insanlar bu həqiqəti görməyi və eşitməyi yadırğayıb.
Sayfa 117Kitabı okudu
Doğrudan da, görəsən enən mələklər nəyə işarə edirdi? Qətl edilmiş və daha heç vaxt mövcud olmayacaq utopyayamı? İzi-tozu qalmayacaq dövrəmi? Boşluğa atılan kitablara, tablolaramı? Daha heç vaxt Avropa olmayacaq Avropayamı? Daha heç kəsi güldürməyəcək lətifələrəmi?
Sayfa 108Kitabı okudu
-İradənin azadlığı. Azadlıq istənilən şeyə iddia edə bilər. Bunu qoyaq bir kənara. Əsl sual budur; planetdə nə qədər adam varsa, dünya haqqında bir o qədər təsəvvür var, bu da öz-özlüyündə hərc-mərclik yaradır. Bəs bu hərc-mərcliyi necə nizama salmaq olar? Cavab gün kimi aydındır: hamıya eyni təsəvvürü təlqin etməklə. Və bunu yalnız bir iradə sahibi təsəvvür edə bilər, azman, bütün iradələrdən daha üstün iradə sahibi. Mən də elə bunu edirəm, gücüm çatan qədər. Sizi əmin edirəm ki, böyük iradənin hökmranlığı altında olan insanlar, əvvəl-axır nəyə desən inanacaqlar! Eh, yoldaşlar, nəyə desən… inanacaqlar! Sözünü bitirən Stalin xoşbəxt təbəssümlə güldü.
Sayfa 104Kitabı okudu
Reklam
929 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.