Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məndə Sığar İki Cahan

İmadəddin Nəsimi

Sözler ve Alıntılar

Tümünü Gör
Bende sığar iki cihân, ben bu cihâna sığmazam. Cevher-i lâmekân benim, kevn ü mekâna sığmazam
Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm, Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm. Qara qaşın hilalını gözümdən ta bəid etdin, Dutuşdum narə eşqindən, yanar, zari qılar könlüm. Saqahüm rəbbühüm gəldi dodağından xəbər cana. Susamışdır, yenə istər ləbindən çeşmələr könlüm. Gəl, ey lütfü nəhayətsiz, məni vəslindən ayırma
Reklam
Mənim yari-vəfadarım, gǝl axır, Mələk surətli dildarım, gəl axır. Fəraqın canımı yaxdı bǝğayǝt, Həbibim, munisim, yarım, gəl axır. Mənəm bülbül kimi nalanü giryan, Dodağı qönçə gülzarım, gəl axır. Qaşın qarşısına canım bərabər, Mənim tirü kamandarım, gəl axır. Fəraqından qatı divanə oldum, Kərəm qıl, zülfü zünnarım, gəl axır. Sənintək görmədim bir gül cahanda, Bənövşə, tazə ruzgarım, gəl axır. Qərarım qalmadı, səbrim tükəndi, Ləbi lə'li-şəkərbarım, gəl axır. Nəsimi natəvandır çün qəmindən, Gǝl ey canım, gǝl ey yarım, gəl axır.
Çünki sevər, yanaram.
Səndən iraq, ey sənəm, şamü səhər yanaram, Vəslini arzularam, dəxi betər yanaram. Eşq ilə şövqün odu canıma kar eylədi, Gör necə tabından, ey şəmsü qəmər, yanaram. Məndən irağ olduğun bağrımı qan eylədi, Oldu gözümdən rəvan xuni-cigǝr, yanaram. Şəm'i-rüxün surəti qarşıma gəlmişdürür, Şəşəəsindən mana şölə düşər, yanaram. Səbr ilə aramımı qapdı əlimdən qəmin, Badi-havadan degil, qəmdən əgər yanaram. Çıxdı içimdən tütün, çərxi boyadı bütün, Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram. Yandığımız yar üçün, gizli degil, mən dəxi Hər nə qədər kim, anın könlü dilər, yanaram. Müddǝi yanar demiş qəmdə, Nəsimi üçün, Qəmdə yanan yarı yar çünki sevər, yanaram
Dildarə müştaq oldu can, anın camalın arzular, Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular. Yandırdı şövqün bağrımı, gör tabişindən kim, necə Canım susamışdır, ləbin abi-zülalın arzular. Yaxmaq gərəksən yaş ilə hər dəm gözün məsbahini, Gər gözlərin gerçəkləyin anın xəyalın arzular. Corxin hilalü bədrinə könlüm qaçan baxmaq dilər, Neçün ki, üzün bədrivü qaşın hilalın arzular. Aşiqlərin azarına gör kim necə bel bağlamış, Sol bivafa aşiqlərin neçün vəbalın arzular. Çin nafəsindən bezdi can, ənbərdən usandı könül, Hər sübhdən şol dilbərin zülf ilə xalın arzular. Yarǝb, nə huri-çöhrədir şol mahi-taban üzlü kim, Gördükcə anın üzünü, günəş zəvalın arzular. Şəhdin hədisi həm şəkər xoş gəlməz ol müşaqə kim Sol ruhi-qüdsün məntiqi şirin məqalın arzular. Eşqində qurban olduğun istər Nəsimi, sor nədən, Sol mə'nidən kim, dünyada hər şey kamalın arzular.
Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm, Gəl nəzər eylə halıma gör ki, nə hal içindəyəm. Vasli-rüxün zülalına susadım, üştə yanıram, Gözümə baxü gör necə abi-zülal içindəyəm. Naqsi-xəyali-surətin sanma ki, məndən ayrıdır, Çün bu xəyalü nəqş ilə nəqşü xəyal içindəyəm.
Reklam
Yarü dilbər səndən ayrı kim dedi aləmdə var? Qanı səndən özgə dilbər, qanı səndən özgə yar? Ey gülər gülgün yanağın cənnətin xəndan gülü Gəl ki, anın firqətindən bağrımı yandırdı xar! Çıxdı məğribdən günəş, kəşf etdi eşqin rəmzini, Pərdəsi açıldı, hüsni-dilbər oldu aşikar. Gül fəraqından gəl, ey bülbül, sǝbur ol, ağlama, Qış keçǝr, xǝndan olar gülşən, gələr fəsli-bahar.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.