Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məndə Sığar İki Cahan

İmadəddin Nəsimi

Məndə Sığar İki Cahan Sözleri ve Alıntıları

Məndə Sığar İki Cahan sözleri ve alıntılarını, Məndə Sığar İki Cahan kitap alıntılarını, Məndə Sığar İki Cahan en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bende sığar iki cihân, ben bu cihâna sığmazam. Cevher-i lâmekân benim, kevn ü mekâna sığmazam
Sənǝma, üzün gülündən gülə-gülə gül utandı, Xəcil eylǝdi dodağın şəkəri, nabatı, qəndi. Qara qaşların yayından mana kirpik oxun atar, Ala gözlərin məgər kim, yenə qanıma susandı. Sitǝm etmək ilə haşa ki, könül usana səndən, Kimə aydayım ki, anın sitəmində can usandı. Gözünü düzüb süzərsən, dilü cana qəsd edərsən, Bu nədir ki, sən qılırsan, çəlǝbim, bəgim, əfəndi? Nə bahaya qiymət etsəm səni, ey şikari-dövlət Ki, cahan mǝtahi dəyməz qılına saçın kəməndi. Dünü gün iki gözümdən axıdır ənar danǝ, Cigərim qanilə gör kim, bu yüzüm nə xoş boyandı. Qara sünbülün niqabı ki, hicabı düşmüş aya, Götür, ey sənəm, üzündən ki, Nəsimi oda yandı.
Reklam
Könlümün şəhrini çün kim, eylədi yağmayi-eşq, Saldı aləm mülkünə şuri-şərü qovğayi-eşq. Çıxdı sərvim, aləmə əsrarımı faş eylədi, Halıma həmdəm olandan dünyada sevdayi-eşq. Qalmadı namusü namım eşq içində zərrəcə, Qoymuşam namusü namı, olmuşam şeydayi-eşq. Nitq imiş aləmdə mövcud, eşq imiş qayimməqam, Bizə bildirdi əzəldən rəhbəri-mövlayi-eşq. Sən humayun laməkansan, kəndözündən bixəbər, Gəlmədin ta kim, görəsən mənzili-ə'layi-eşq. Çıx qəfəsdən, gǝlgil, ey bülbül, gülüstan seyrin et, Bas qədəm meydani-eşqə görəsən mə'vayi-eşq.
Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm...
Dərisi soyularkən qan itirən şairin saraldığını görən ruhanilər istehza ilə soruşurlar: - Sən ki həqsən, bəs niyə rəngin sarıdır? Nəsimi: - Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm. Günəş batanda saralar, - deyə cavab verir. Bu rəvayətdə belə bir qeyd də var ki, guya şairin ölümünə fitva verən ruhani demişdir: - Bu o qədər məlundur ki, onun qanından hara düşsə kəsib atmaq lazımdır. Təsadüfən şairin qanından bir damcı həmin ruhaninin barmağına sıçrayır. Camaat ondan barmağının kəsilməsini tələb edir. O isǝ: - Mən sözgəlişi demişəm, - cavabını verir. Bu zaman al qan içində olan şair: "Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar, Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz" - deyərək ölür.
Dildarə müştaq oldu can, anın camalın arzular, Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular. Yandırdı şövqün bağrımı, gör tabişindən kim, necə Canım susamışdır, ləbin abi-zülalın arzular. Yaxmaq gərəksən yaş ilə hər dəm gözün məsbahini, Gər gözlərin gerçəkləyin anın xəyalın arzular. Corxin hilalü bədrinə könlüm qaçan baxmaq dilər, Neçün ki, üzün bədrivü qaşın hilalın arzular. Aşiqlərin azarına gör kim necə bel bağlamış, Sol bivafa aşiqlərin neçün vəbalın arzular. Çin nafəsindən bezdi can, ənbərdən usandı könül, Hər sübhdən şol dilbərin zülf ilə xalın arzular. Yarǝb, nə huri-çöhrədir şol mahi-taban üzlü kim, Gördükcə anın üzünü, günəş zəvalın arzular. Şəhdin hədisi həm şəkər xoş gəlməz ol müşaqə kim Sol ruhi-qüdsün məntiqi şirin məqalın arzular. Eşqində qurban olduğun istər Nəsimi, sor nədən, Sol mə'nidən kim, dünyada hər şey kamalın arzular.
Daneyi-mişkin xalın könlümü çün seyd eylədi, Bu tutulmuş seydə, şahim, zülfünü dam eyləmə! Sünbülü bərgi-gül üzrə, ey pəri, dağıtma kim, Bunca könlü yanmışın sevdasını xam eyləmə! Ömrümün sübhü üzündür, bəxtimin şamı saçın, Getmə, ey dilbər, gözümdən, sübhümü şam eyləmə!
Reklam
Külli məkanın gövhəri, gövhəri-kanmısan, nəsən? Uşbu süfati-hüsnilə cani-cahanmısan, nəsən? Ərşilə fərşü kafü nun səndədir, ey mələk, bu gün, Kimsə bu sirrǝ irmədi, şərhü bəyanmısan, nəsən? Kövnü məkana baxmazam, çün səni buldum, ey sənəm, İki cahan içində sən kövnü məkanmısan, nəsən?
Cənnət gülü...
Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam, Qövsi-qüzehdir qaşların, yayına qurban olmuşam. Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir, Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam.
Ta kim, üzünü görmüşəm, hüsnündə heyran olmuşam, Düşdüm saçın sevdasına, gör nə pərişan olmuşam. Gəl gör məni batində kim, nə gizli gəncəm fanisiz, Zahirdə gör bu surəti, aləmdə viran olmuşam.
Nuri-tǝcǝlli sirrini xalında gördü gözlərim, Gör kim, nə surət bağlamış bu çeşmi-giryan üstünə. Eşqindən, ey arami-can, gǝrçi Nəsimi xak olur, Durmuş səninlə ta əbəd şol ǝhdü peyman üstünə.
63 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.