Məndə Sığar İki Cahan

İmadəddin Nəsimi

Məndə Sığar İki Cahan Sözleri ve Alıntıları

Məndə Sığar İki Cahan sözleri ve alıntılarını, Məndə Sığar İki Cahan kitap alıntılarını, Məndə Sığar İki Cahan en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Hamudan sevgilim sənsən, mənim sərvi-xuramanım.
Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım, Həbibim, rahətim, ruhim, rəfiqim, munisim, canım. Nurumsan, zülmətim, narım, şəbimsən, rövşənim, samin Münəvvər nurumü hurim, nəimü xüldü rizvanım. Təbibim, şərbətim, dürdüm, nabatim, şəkkərim, qəndim, Əlacım, mərhəmim, çarəm, Calunis ilə Loğmanım. Bənövşəm, sünbülüm, vərdim, rǝyahin, zanbağım, laim, Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım. Kitabım, müshǝfim, dərsim, hədisim, əbcədim, lövhim. Səlatım, taətim, zöhdüm, savabım, həccü ərkanım. Rəmimü gorumü cismim, dü eynim, fikrimü aqlim, Amanım, adətim, fitnəm, təbiət ünsürü qanım. Nəsimi çün səni buldu, kəsildi cümlə varından, Hamudan sevgilim sənsən, mənim sərvi-xuramanım.
Nigarım, dilbərim, yarım, ǝnisim, munisim, canim, Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım Şəhim, mahım, dilaramım, həyatım, dirligim, ruhim, Pənahım, məqsədim, meylim, muradım, sərvərim, xanım. Qəmərçöhrəm, pəriruyim, zərifim, şuxumü şəngim, Səmənbuyim, güləndamım, səhisərvi-gülüstanım. Lətifim, nazikim, xubim, həbibim, türfə məzbubim, Hicazım, Kəbəvü Turim, behiştim, hurü rizvanım. Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum, Dürüm, mirvaridim, kanım, əqiqim, lə'lü mərcanım. Dilafruzum, vəfadarım, cigǝrsuzum, cǝfakarım, Xudavəndim, cahandarım, əmirim, şahü sultanım. Çırağım, şǝm'imü nurim, ziyamü yıldızım, şəmsim, Həzarım, bülbülüm, kǝbkim, Nəsimiyi-xoşǝlhanım!
Reklam
Dildarə müştaq oldu can, anın camalın arzular, Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular. Yandırdı şövqün bağrımı, gör tabişindən kim, necə Canım susamışdır, ləbin abi-zülalın arzular. Yaxmaq gərəksən yaş ilə hər dəm gözün məsbahini, Gər gözlərin gerçəkləyin anın xəyalın arzular. Corxin hilalü bədrinə könlüm qaçan baxmaq dilər, Neçün ki, üzün bədrivü qaşın hilalın arzular. Aşiqlərin azarına gör kim necə bel bağlamış, Sol bivafa aşiqlərin neçün vəbalın arzular. Çin nafəsindən bezdi can, ənbərdən usandı könül, Hər sübhdən şol dilbərin zülf ilə xalın arzular. Yarǝb, nə huri-çöhrədir şol mahi-taban üzlü kim, Gördükcə anın üzünü, günəş zəvalın arzular. Şəhdin hədisi həm şəkər xoş gəlməz ol müşaqə kim Sol ruhi-qüdsün məntiqi şirin məqalın arzular. Eşqində qurban olduğun istər Nəsimi, sor nədən, Sol mə'nidən kim, dünyada hər şey kamalın arzular.
Çünki sevər, yanaram.
Səndən iraq, ey sənəm, şamü səhər yanaram, Vəslini arzularam, dəxi betər yanaram. Eşq ilə şövqün odu canıma kar eylədi, Gör necə tabından, ey şəmsü qəmər, yanaram. Məndən irağ olduğun bağrımı qan eylədi, Oldu gözümdən rəvan xuni-cigǝr, yanaram. Şəm'i-rüxün surəti qarşıma gəlmişdürür, Şəşəəsindən mana şölə düşər, yanaram. Səbr ilə aramımı qapdı əlimdən qəmin, Badi-havadan degil, qəmdən əgər yanaram. Çıxdı içimdən tütün, çərxi boyadı bütün, Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram. Yandığımız yar üçün, gizli degil, mən dəxi Hər nə qədər kim, anın könlü dilər, yanaram. Müddǝi yanar demiş qəmdə, Nəsimi üçün, Qəmdə yanan yarı yar çünki sevər, yanaram
Külli məkanın gövhəri, gövhəri-kanmısan, nəsən? Uşbu süfati-hüsnilə cani-cahanmısan, nəsən? Ərşilə fərşü kafü nun səndədir, ey mələk, bu gün, Kimsə bu sirrǝ irmədi, şərhü bəyanmısan, nəsən? Kövnü məkana baxmazam, çün səni buldum, ey sənəm, İki cahan içində sən kövnü məkanmısan, nəsən?
Ta kim, üzünü görmüşəm, hüsnündə heyran olmuşam, Düşdüm saçın sevdasına, gör nə pərişan olmuşam. Gəl gör məni batində kim, nə gizli gəncəm fanisiz, Zahirdə gör bu surəti, aləmdə viran olmuşam.
Reklam
63 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.