Məndə Sığar İki Cahan

İmadəddin Nəsimi

En Beğenilen Məndə Sığar İki Cahan Sözleri ve Alıntıları

En Beğenilen Məndə Sığar İki Cahan sözleri ve alıntılarını, en beğenilen Məndə Sığar İki Cahan kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Cənnət gülü...
Allahü əkbər, ey sənəm, hüsnünə heyran olmuşam, Qövsi-qüzehdir qaşların, yayına qurban olmuşam. Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir, Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam.
Çünki sevər, yanaram.
Səndən iraq, ey sənəm, şamü səhər yanaram, Vəslini arzularam, dəxi betər yanaram. Eşq ilə şövqün odu canıma kar eylədi, Gör necə tabından, ey şəmsü qəmər, yanaram. Məndən irağ olduğun bağrımı qan eylədi, Oldu gözümdən rəvan xuni-cigǝr, yanaram. Şəm'i-rüxün surəti qarşıma gəlmişdürür, Şəşəəsindən mana şölə düşər, yanaram. Səbr ilə aramımı qapdı əlimdən qəmin, Badi-havadan degil, qəmdən əgər yanaram. Çıxdı içimdən tütün, çərxi boyadı bütün, Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram. Yandığımız yar üçün, gizli degil, mən dəxi Hər nə qədər kim, anın könlü dilər, yanaram. Müddǝi yanar demiş qəmdə, Nəsimi üçün, Qəmdə yanan yarı yar çünki sevər, yanaram
Reklam
Cananı mənim sevdiyimi can bilir ancaq, Könlüm diləyin dünyada canan bilir ancaq...
Pərişan zülfünün halın nedirsən bilmək, ey aqil? Bu sevda incə sevdadır, dolaşma sən bu sevdayǝ. Saçın vəslindən ol aşiq həyati-cavidan buldu Ki, təslim eylədi canın bu reyhani-səmənsayǝ.
Ey gülüm, ey sünbülüm, ey süsənim, vey ənbərim, Ey mənim nüqlüm, meyim, həbbim, nabatım, şəkkərim. Ey həbibim, ey təbibim, ey bütüm, ey həmdəmim, Ey rəfiqim, ey şəfiqim, ey ǝnisim, dilbərim. Ey baharım, ey nigarım, ey şikarım, şahidim, Ey hərifim, ey zərifim, ey şərifim, sərvərim. Ey gülüstanım, gülüm, sərvi-güləndamım mənim, Sagərim, şəm'im, şəbistanım, məlayikmənzərim. Ey riyahin rahətim, ruhi-rəvanım, lütf ilə, Sərfərazim, sərkəşim, şuxü səadət əxtǝrim. Ey mənim xurşidü mahım, ey çırağım, fanusum, Sux çeşmim, lütfi-şahım, ey mübarək peykǝrim. Eşqin aldı aqlü huşum, könlümü yığmaladı, Söylə axǝr, ey Nəsimi, cani-dildən çakǝrim.
Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm...
Dərisi soyularkən qan itirən şairin saraldığını görən ruhanilər istehza ilə soruşurlar: - Sən ki həqsən, bəs niyə rəngin sarıdır? Nəsimi: - Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm. Günəş batanda saralar, - deyə cavab verir. Bu rəvayətdə belə bir qeyd də var ki, guya şairin ölümünə fitva verən ruhani demişdir: - Bu o qədər məlundur ki, onun qanından hara düşsə kəsib atmaq lazımdır. Təsadüfən şairin qanından bir damcı həmin ruhaninin barmağına sıçrayır. Camaat ondan barmağının kəsilməsini tələb edir. O isǝ: - Mən sözgəlişi demişəm, - cavabını verir. Bu zaman al qan içində olan şair: "Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar, Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz" - deyərək ölür.
Reklam
63 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.