Gönderi

Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm...
Dərisi soyularkən qan itirən şairin saraldığını görən ruhanilər istehza ilə soruşurlar: - Sən ki həqsən, bəs niyə rəngin sarıdır? Nəsimi: - Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm. Günəş batanda saralar, - deyə cavab verir. Bu rəvayətdə belə bir qeyd də var ki, guya şairin ölümünə fitva verən ruhani demişdir: - Bu o qədər məlundur ki, onun qanından hara düşsə kəsib atmaq lazımdır. Təsadüfən şairin qanından bir damcı həmin ruhaninin barmağına sıçrayır. Camaat ondan barmağının kəsilməsini tələb edir. O isǝ: - Mən sözgəlişi demişəm, - cavabını verir. Bu zaman al qan içində olan şair: "Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar, Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz" - deyərək ölür.
··
131 görüntüleme
Aida okurunun profil resmi
😍
Səma Məmmədsalahova okurunun profil resmi
Əslində tarixçilər Nəsiminin dərisinin diri olarkən deyil, öldükdən sonra soyulduğunu bildirir. 🙂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.