"Burnu ilə həmişə zarafat edirdim. Yol gedəndə deyirdim ki, burnunu çək, maşınlar keçsin. O da guya küsürdü, tez əlini əlimdən çəkirdi. Gözəl hisslərdir. Bunları yaşamaq lazımdır. Siyasət-zad boş şeydir. Vətən uğrunda ölmək də müqəddəs deyil. İnsanı həyata bağlayan belə şeylərdir."