Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məşhur Adamın Məşuqəsi

Aygül Ağayeva

Məşhur Adamın Məşuqəsi Sözleri ve Alıntıları

Məşhur Adamın Məşuqəsi sözleri ve alıntılarını, Məşhur Adamın Məşuqəsi kitap alıntılarını, Məşhur Adamın Məşuqəsi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"...İnsan beynidir də, biri qaranlığa baxanda qorxur, digəri cürbəcür şeylər görür, kimi dənizə baxanda vahimə hiss edir, kimisi romantik hisslərə qapılır, bəzən kiminsə beyni özünü təmizə çıxarmaq üçün bir yalan uydurur, hamı ona inanır..."
Sayfa 37 - CamalKitabı okudu
"Uşaqlığında sevilməyən, nazını çəkən kimsəsi olmayan bir uşaqda incə və düzgün xarakterin formalaşması da mümkün deyildi"
Reklam
"Mən ya istəmirəm, ya da istəyəndə dəli kimi istəyirəm"
Sayfa 182 - JulidəKitabı okudu
"...Bilmirəm sizdə heç olubmu, qavradığınız şeyi istəmədiyiniz üçün özünüzdən uzaqlaşdırasınız. Bəlkə də, heç olmayıb, çünki bu, zaaflarına yenilmək əlamətidir"
Sayfa 109 - JulidəKitabı okudu
"Soyuq bir məntiqlə ona acı verən hər şeyi özündən uzaqlaşdırmağa qərar vermişdi. Həyat nə zaman ona pis bir şey etsə, dağlar kimi əyilməz və məğrur dayanmışdı"
Sayfa 171Kitabı okudu
Reklam
"...Nifrət də bir duyğu nişanəsidir. İnanın mənə, mən bu adama qarşı heç nə hiss eləmirəm..."
Sayfa 113 - JulidəKitabı okudu
"Səni heç nə məğlub edə bilməz, bunlar çətinlikdir, hamının başına gələ bilər..."
Sayfa 283 - JulidəKitabı okudu
"...ona pislik, yaxud xəyanət edildikdə, qanında diktatorluq olan sərkərdələr kimi, əyilməz və bağışlamaz olurdu"
Sayfa 127Kitabı okudu
"Alışdığı mühitdən, yaxud adamlardan uzaq düşəndə bir müddət insan özünü boşluğa düşmüş kimi hiss eləyir. Bu boşluqda iztirabın, küskünlüyün, sitəmin dadını az-az həzm eləyirsən. Gündüzləri birdəfəlik unutduğunu düşünür, gecələri isə ağırlaşan göz qapaqlarını hər yumub-açanda onsuz öləcəyini hiss eləyirsən. Baş verənləri bir anlıq da olsa unutmaq üçün yastığın altında gizlənməyə çalışırsan. Özündən gizlənirsən, hisslərindən yorulursan. Səhər yenə eyni hal, unudursan... unutduğunu zənn eləyirsən"
Sayfa 232Kitabı okudu
Reklam
"Zövq aldığı yeganə şey kitab oxumaq idi, o qədər adətkar olmuşdu ki, iki gündə bir kitabı bitirə bilirdi"
Sayfa 139Kitabı okudu
İnsan həyatına valideyn təsiri...
"Ömürləri boyu xoşbəxt olmağa çalışıb, lakin daima bədbəxtliyin izlədiyi insanlara bu, valideynlərinin, çox vaxt da atalarının qoyduğu hörmətdən gəlirdi. Bəzən onlar həyatlarının elə nöqtəsinə gəlirdilər ki, heç bir dəyişiklik onlara təsir eləmirdi. Yayın cırhacırında, əllərini qoynunda çarpazlayıb, üşüyürmüş kimi, divarın bir küncünə qısılar, bəzən də qışın oğlan çağında baldırları açıq, bir şeyin arxasınca gedərdilər. Əyinlərində nə geyim olduğunu belə unudardılar. Saatlarca gözlərini eyni nöqtəyə zilləyib tamaşa edərdilər. Başının altında qolunun keyləşdiyini hiss eləsə də, həvəssizlikdən onu çəkməzdi. Bütün günü büt kimi dolaşar, əsla beyni icazə verməzdi ki, qəlbinin dediklərini dinləsin. Yoxsa, gedib ona "sənsiz yaşaya bilmirəm" deyər. Hətta gözlərini yummaqdan belə qorxardı, çünki qapanan göz qapaqlarının altında ya onu görərdi, ya da qəlbinin ortasında iz qoyub getmiş savaş meydanını. Güləndə ağlamağı, ağlayanda gülməyi tutardı. Gecələr dəli kimi arzuladığını, səhərlər qətiyyən görmək istəməzdi. Daima əqli ilə ürəyi arasında savaş gedər, məntiqi olmaz, ürəyi "istəyirəm" deyər. Özü ilə tək qaldığı zamanlarda, baxdığı hər küncdə, ruhunun dincəldiyi çəməni xarabalığa döndərən o adamı görər. Görər və susar, gözləri quru-quru baxar, nə bir sitəm, nə bir etiraz, heç küsməyi də özlərinə rəva bilməzlər. Buna haqları olduğunu düşünmürlər, çünki onları həyata gətirən adam onlara qarşı nə hiss eləmişdi ki, qıraqdakı da nə hiss eləyə, deyə fikirləşərlər"
Sayfa 257Kitabı okudu
"Həyat məni çox sınaqlara çəkdi. Yaşadığım müddətdə həmişə vicdanlı adam olmağa çalışdım. Simamdakı soyuqqanlılığın arxasında həmişə kövrək, məsuliyyətli bir vicdan yatırdı. Fəqət, onu kimsə görmədi. Böyüdüyüm mühit, çevrəm, atamdan aldığım nəsihətlər xarakterimi formalaşdırdı, amma ürəyimin dibində həmişə bir başqa biri yaşadı"
Sayfa 305 - CamalKitabı okudu
53 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.