Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məşhur Adamın Məşuqəsi

Aygül Ağayeva

Məşhur Adamın Məşuqəsi Gönderileri

Məşhur Adamın Məşuqəsi kitaplarını, Məşhur Adamın Məşuqəsi sözleri ve alıntılarını, Məşhur Adamın Məşuqəsi yazarlarını, Məşhur Adamın Məşuqəsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Axşamlar işdən sonra təkcə buraya çəkilib saatlarla kitab oxuyar, gözlərini yumub düşünərdi. Bu, son aylarda onun yeganə əyləncəsi, tək istirahəti olmuşdu"
Sayfa 271Kitabı okudu
"Xatirələrə qayıtmaq ona nə verəcəkdi ki?! Onu unudanları unutmaq lazım idi. Həm də təcili"
Sayfa 269Kitabı okudu
Reklam
"Əslində həyatına girən insanların heç biri onu başa düşməmişdi"
Sayfa 268Kitabı okudu
"Dünyada heç bir şey insanın keçmişini musiqi parçaları tək qüvvətlə canlandıra bilməz"
Sayfa 267Kitabı okudu
" "Yəqin"lər, "bəlkə"lər onunla dostlaşmışdı, içində onu sakitləşdirəcək yeganə sözlər idi bunlar"
Sayfa 263Kitabı okudu
Reklam
İnsan həyatına valideyn təsiri...
"Ömürləri boyu xoşbəxt olmağa çalışıb, lakin daima bədbəxtliyin izlədiyi insanlara bu, valideynlərinin, çox vaxt da atalarının qoyduğu hörmətdən gəlirdi. Bəzən onlar həyatlarının elə nöqtəsinə gəlirdilər ki, heç bir dəyişiklik onlara təsir eləmirdi. Yayın cırhacırında, əllərini qoynunda çarpazlayıb, üşüyürmüş kimi, divarın bir küncünə qısılar, bəzən də qışın oğlan çağında baldırları açıq, bir şeyin arxasınca gedərdilər. Əyinlərində nə geyim olduğunu belə unudardılar. Saatlarca gözlərini eyni nöqtəyə zilləyib tamaşa edərdilər. Başının altında qolunun keyləşdiyini hiss eləsə də, həvəssizlikdən onu çəkməzdi. Bütün günü büt kimi dolaşar, əsla beyni icazə verməzdi ki, qəlbinin dediklərini dinləsin. Yoxsa, gedib ona "sənsiz yaşaya bilmirəm" deyər. Hətta gözlərini yummaqdan belə qorxardı, çünki qapanan göz qapaqlarının altında ya onu görərdi, ya da qəlbinin ortasında iz qoyub getmiş savaş meydanını. Güləndə ağlamağı, ağlayanda gülməyi tutardı. Gecələr dəli kimi arzuladığını, səhərlər qətiyyən görmək istəməzdi. Daima əqli ilə ürəyi arasında savaş gedər, məntiqi olmaz, ürəyi "istəyirəm" deyər. Özü ilə tək qaldığı zamanlarda, baxdığı hər küncdə, ruhunun dincəldiyi çəməni xarabalığa döndərən o adamı görər. Görər və susar, gözləri quru-quru baxar, nə bir sitəm, nə bir etiraz, heç küsməyi də özlərinə rəva bilməzlər. Buna haqları olduğunu düşünmürlər, çünki onları həyata gətirən adam onlara qarşı nə hiss eləmişdi ki, qıraqdakı da nə hiss eləyə, deyə fikirləşərlər"
Sayfa 257Kitabı okudu
"İndi sənə durub desəm ki, həyatımda heç kim olmayıb, mənə inanmazsan, elə deyilmi?... Olub, amma görürsən ki, evlənmək üçün səni seçdim. Bilirsən, əzizim, sevmək başqa şeydir, gəzmək başqa. O qadınlardan heç vaxt həyat yoldaşı olmur"
Sayfa 243 - CamalKitabı okudu
56 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.