"Xan" Xatirə Ədəbiyyatı 6. Kitab

Müşfiqli Günlər

Dilbər Axundzadə

Müşfiqli Günlər Quotes

You can find Müşfiqli Günlər quotes, Müşfiqli Günlər book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Romeo və Julietta" yoxsa Müşfiq və Dilbər?
Bir qara buludam uca göylərdə Bu şair bəxtimlə bizim ellərdə Sən neçin ağlarsan mən duran yerdə Nərgiz gözlərinin yaşına qurban.
- Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən? - Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!
Reklam
Bu bir damla gözyaşının hekayəti bir sevgi dastanının sonluğuna çevrildi
Belə elçilik heyyətinə hansı ailə(qız) yox deyər ahahah
1932- ci ilin aprelində onlar nişanlandılar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanımla birgə, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla birgə, həmçinin məşhur müğənni Bülbül də iştirak edirdi. Eyni zamanda dövrün ən gənc şairi və yazıçılarından Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn, Rəsul Rza (Nigar Rəfibəyli ilə birgə) nişana təşrif buyurmuşdular.
Hər şeyi bilmək, hər şeyə yiyələnmək istəyən yeni nəsil özünü oda-közə vururdu.
Reklam
Mən ki bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı?! Dünyaya sığmayan şair könlümü, Köksümdən çıxarıb oynatmadınmı?!
"Mən fiziki əməyi çox sevirəm. Sənə ev işlərində də kömək edərəm."
Doğrudan da, qarşılıqlı sevgi səadət üçün bir qapı imiş.
Bəziləri deyir ki, sevgi ilə birlikdə insanın ürəyinə qısqanclıq da dolur. Biz bir-birimizə inanmalı, boş yerə küsməməli, qısqanclıqdan uzaq olmalıyıq.
721 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.