"Xan" Xatirə Ədəbiyyatı 6. Kitab

Müşfiqli Günlər

Dilbər Axundzadə

Müşfiqli Günlər Reviews

You can find Müşfiqli Günlər reviews, Müşfiqli Günlər book reviews, Müşfiqli Günlər ratings on 1000Kitap.

Score

9.2Out of 10
122 People · 25 Review
·
Not rated
Kitablar məni təqib edir¿?
Sizə əksər kitabların özünün gəlib məni tapdığı barədə məlumat vermişdim. Bu kitab da istisnalıq təşkil etmədi. Bu incələməmə ilk öncə kitabı hədiyyə edən, adını çəkməyəcəyim şəxsə təşəkkürumü bildirməklə başlamaq istərdim. Təşəkkürlər! Nə qədər müasir dövrdə durğunluq dövrünü yaşadığını düşünsəm də, həqiqətən Azərbaycan ədəbiyyatının mənim
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
270 syf.
9/10 puan verdi
Axşamınız xeyirli olsun, əziz kitabsevərlər :) İndiyə kimi bacardığım qədər kitab oxumuşam, elə kitablar olub ki, uzun müddət ağlımdan silə bilməmişəm, hadisələr mənə təsir edib. Amma indi əminliklə deyə bilərəm ki, bu kitab məni ən çox incidən kitab oldu... Söz tapa bilmirəm o sevgiyə, söz tapa bilmirəm o hissləri başa salmağa.. Mikayıl Müşfiqin, təəssüflər olsun ki, XX əsrin 30-cu illərində bir çox şair, yazıçı və ictimai xadimlərimiz kimi, məruz qaldığı repressiya haqqında məlumatım var idi. Amma o hissləri, o ayrılığı, işgəncələri təsəvvür belə edə bilmirdim. İnsanın sevdiyini ondan ayırarkən keçirdiyi hissləri başa düşmürdüm.. Kitabda ilk hissədə Mikayıl Müşfiq və Dilbər Axundzadənin sevgilərindən söhbət açılır. Bunu da şəxsən Dilbər xanımın öz xatirələri əsasında oxuyuruq. Orda təsvir etdiyi sevgi indi nadir hallarda təsadüf olunar, nadir hallarda qarşımıza çıxar. İndiyə kimi Mikayıl Müşfiqi bir şair kimi tanıyırdım yalnızca, amma indi onu xeyirxah, gülərüz, mehriban bir insan kimi tanıyıram. Onu mükəmməl bir həyat yoldaşı kimi tanıyıram. Kitabda Dilbər Axundzadənin, Mikayıl Müşfiqin və başqa tanınmışlarımızın şəkilləri də əksini tapır. Beləliklə, o dövrə səyahət edir, ab-havası ilə təmasda oluruq. Şair və yazıçılarımızın da həyatında Müşfiqin obrazını görürük, onunla görüşlərini oxuyuruq. Kitab möhtəşəmdir, oxuyarkən bolluca ağladığım, sevgisinə qibtə etdiyim bir həyat... Şeirlə yuxuya gedib şeirlə gözünü açan Dilbər xanım... Həyat yoldaşı xəstələnəndə ağlayan Mikayıl Müşfiq... Xoş mütaliələr)
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
Reklam
174 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 6 days
"Romeo və Julietta" yoxsa Müşfiq və Dilbər?
Əminliklə deyə bilərəm (amma sübut edə bilmirəm) ki, bu, dünyanın ən təsirli sevgi hekayəsidir. Bu kitab emosional fona faydalı təsir göstərir, pozitivliyə sirayət edir, şeirlərdən insanın ürəyi parçalanır. Bu, məndə belə güclü təəssürat yaratmağı bacaran ikinci kitabdır. Birincisi
Nəimi
Nəimi
Qarmaqarışıq
Qarmaqarışıq
idi. Bilirsiniz, bunu daha təsirli edən şey əslində baş verməsidir. Dilbər xanımın 1988 ci ildə alınan reportajına yəqin çox insan baxıb, Orada Dilbər xanımın gözlərindən Müşfiqə olan həsrəti aydın görünürdü. Hələ bir sözü var idi "Bu bizim Müşfiqlə son görüşümüz idi. Bundan sonra Müşfiqin üzünə həsrət qaldım." Çox təsirlidir elə deyilmi? Həyat dolu,sevgi dolu şairimizə necə qıydılar, onu yarından ayırdılar. Bu 2 sevgili haqqında nə qədər danışsam azdır. ~ Ən sevdiyim şeirlərdən biri "Səndən küsmərəm"-dir : Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm Məni öz canından çox istəyən Ellərdən küsərəm, səndən küsmərəm Gözlərin misaldır axan çaylardan Kirpiyin oxlardan, qaşın yaylardan Qarşımıza gələn uzun aylardan, İllərdən küsərəm , səndən küsmərəm El içində bizə dərlər Sayadlı, Tərlan ovçusuyam, ruhum qanadlı İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm.
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
174 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 7 days
Hər kəsə salam. Azərbaycanımızın dəyərli şairi Mikayıl Müşfiqə həsr olunmuş "Müşfiqli günlərim" əsəri məhz həyat yoldaşı Dilbər Axundzadə tərəfindən xatirələr əsasında yazılmışdır. Əsər iki hissədən ibarətdir. İlk hissə "Müşfiqli günlərim"dir ki, burada Şairlə Dilbər xanımın tanışlığından, Mikayıl Müşfiqin yaradıcıllığından,  mükəmməl insani keyfiyyətlərindən bəhs edilir.  İkinci hissə isə "Müşfiqsiz günlərim" adlanır. Bu hissədə Dilbər xanımın və Müşfiqin yaxın dostlarının kədərli xatirələrindən bəhs edilir. Əsərin hər bir hissəsi mənim üçün çox dəyərli idi. Mən də bu şeirlə sözlərimi tamamlamaq istəyirəm: Alışıb yanıram, Müşfiqim, sənsiz, Qalmışam dünyada yalqız, kimsəsiz. Günəşli gündüzlər boran görünür, Dünya başdan-başa duman görünür. Sən vətən eşqini müqəddəs tutdun, Unudarmı səni bu ana yurdun?!
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
174 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 22 hours
Bu dünyada Müşfiq vardı, bu dünyada yenə vardır! (Ə.Kərim)
Nə yazım, kitabı oxuyarkən hiss etdiklərimi necə ifadə edim bilmirəm ki... Belə ki, nə isə yazmağa da ehtiyac varmı?! O, Müşfiqdir. Belə bir şəxsiyyəti kiçik kəlmələrə necə sığdıra bilərəm ki... Lakin kitabın məndə yaratdığı təəssüratların bir qismini yazmaq istəyimə də mane ola bilmirəm. Məni tanıyanlar Mikayıl Müşfiqi necə sevdiyimi bilir
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
174 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
"Müşfiqli günlər"- bu böyük şairi öz düşüncəndə tanımağa kömək edir. Hər sətrində Mikayıl Müşfiq şəxsiyyətinin mükəmməlliyi, onun böyük ürəyinin sönməz məhəbbəti, vətənpərvərliyi, səmimiyyəti, onlarla insani keyfiyyəti zehndə canlanır. Dilbər, onun ətrafında olan dostları, yaxınları Mikayıl Müşfiq kimi böyük şəxsiyyətə sahib olduğu üçün çox şanslı idi deyərdim... Və təbii ki, Azərbaycan xalqı da ! Onun əsərləri bütün varlığı ilə sevdiyi qəhrəman xalq üçün qalmışdır. Ruhun şad olsun əziz şairimiz!!!
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
Reklam
174 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
Kitabın hər səhifəsini oxuyanda insan özünə sual verir: "Bir insan necə bu qədər mükəmməl,düşüncəli,alicənab ola bilər?" Mikayılla Dilbərin sevgiləri,Mikayılın aqibəti nakam bitməyə layiq deyildi. Dilbər Axundzadə çox şanlıydı ki, Mikayıl Müşfiq kimi birini sevib və onun tərəfindən sevilib.
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
174 syf.
9/10 puan verdi
·
Liked
Şair...
Kitab boyu istəmsizcə gülümsəyərək oxuyursuz. Bəzən nə gözəl, bəzən nə acı deyərək. Kitab boyunca bir digər şeyi fikirləşirsən, görəsən belə bir həyat + belə bir şair, niyə gözəl bir film çekilməyib axı.
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
174 syf.
9/10 puan verdi
·
Read in 2 hours
Dilbərin yaddaşından süzülüb gələn Müşfiq. Əslində ilkin baxışda insana elə gəlir ki, Müşfiq sadəcə sevib. Çünki Dilbərin hisslərini görmürük; o bizə öz hisslərini bir o qədər də büruzə vermir. Niyəsə Dilbər sevilmir, çünki Müşfiqdən sonra başqa birisi - onu müalicə edən həkimi ilə evlənib. Amma Müşfiq kimi birinin sevdiyi qadın ,məncə, pis, yaxud adi biri olmaz. Xatirələrdə Səməd Vurğun da vardı. Və bu xoş oldu.
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
174 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 11 hours
İndi də könlümə təsəlli sənsən, Ölüncə dilimin əzbəri sənsən...
.Müşfiqi azdan çoxdan tanıyan, tanımaq istəsən hər kəsə oxumağı tövsiyə edirəm. Müşfiqin incə ruhuna bir daha heyran oldum, kaş onu bircə dəfə görmək şansım olaydı. Dilbər xanım bu kitabda ancaq xoş xatirələrini yazıb. Onlar çox əziyyətlər çəkib, bu haqda bir şey yazmayıb. Hər halda belə yazmağının bir çox səbəbi vardır ... .Müşfiqə onsuz da heyran idim. İndi əbədi olaraq heyran qalacam. .Kitabın içində Dilbər xanıma ithaf olunmuş şeirlər var. Müşfiqin bir çox tanınmış şeiri elə Dilbər xanım Axundzadəyə ithaf olunub. Hamıya oxumağı tövsiyə edirəm!
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
29 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.