"Xan" Xatirə Ədəbiyyatı 6. Kitab

Müşfiqli Günlər

Dilbər Axundzadə

Newest Müşfiqli Günlər Quotes

You can find Newest Müşfiqli Günlər quotes, newest Müşfiqli Günlər book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Ay Müşfiqim, xəyallara dalaraq, Yollarıma baxa-baxa qalmışam. Ötən günün həsrətini anaraq, Uçan quşdan səni xəbər almışam. Nəğmə-nəğmə inlədi Dilbər həsrəti.O bu həsrəti könül ağrısıyla yaşadı.İlk məhəbbətin əvəzolumazlığı, solmazlığı,əbədiyyət ömrü Dilbərin ömründə bir daha təsdiqləndi.
Dilbər xanımı sağaltmaq,müalicə etmək mümkün idi.Lakin ona olan soyuq münasibətləri isindirmək,onun Müşfiqinin günahsız olduğunu bu baxış sahiblərinə başa salmaq mümkün deyildi.Baxışların böyük əksəriyyətində "xalq düşməni"nin, "vətən xaini"nin arvadısan sözü ittiham aktı kimi oxunurdu.Bütün bunlara baxmayaraq artıq sağalmışdı,hər şeyi dərk edirdi.Müşfiqsiz Müşfiqlə yaşayırdı Dilbər xanım...
Reklam
Mən ki,bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə öyrətmədinmi? Dünyaya sığmayan şair könlümü, Köksümdən çıxarıb oynatmadınmı?!
Müşfiq: - Səninlə zindanda olsam,oranı cənnət bilərəm... Günlərim axışır bir uyqu kimi, Dərədən-dərəyə axan su kimi. Dilbərim hərcayi bir ahu kimi, Hicran dalğaları aşarmı söylə?
Müşfiqin hər xasiyyətini,hərəkətini yada salıb yaylaqda onun xəyalı ilə əylənirdim. O mənə həmişə deyərdi: -Dilbər,sənsiz mən cənnətdə olsam da darıxacamağam.Səninlə zindanda olsam oranı cənnət bilərəm.
-Müşfiq,üzr istəyirəm,-dedim,- Səni çox gözlətmişəm,komsomol iclasımız var idi,gec qutardı. Düzünü de,məndən incimədin ki? -Yox,gözlədim,gözlədim, gəlmədin,axır qəlbimin odunu şeirə tökdüm: Gözlədim yolunu həsrət içində, Tükəndi taqətim,neçin gəlmədin? Şəhdi-vüsalından üzüldü əlim, Ey Dilbər afətim,neçin gəlmədin?
Reklam
734 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.