"Xan" Xatirə Ədəbiyyatı 6. Kitab

Müşfiqli Günlər

Dilbər Axundzadə

Müşfiqli Günlər Reviews

You can find Müşfiqli Günlər reviews, Müşfiqli Günlər book reviews, Müşfiqli Günlər ratings on 1000Kitap.
173 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 8 days
Bugün sizinlə Hədəf nəşriyyatının Xatirə Ədəbiyyatı seriyasının 6-cı kitabı olan Müşfiqli Günlər kitabı haqqında olan fikirlərimi bölüşmək istəyirəm. Deməli kitab mərhum şairimiz Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin Mikayıl Müşfiq ilə olan xatirələrindən bəhs edir. Kitab çox gözəl saf təmiz məhəbbət və hörmət öz əksini tapır. Kitabda həmçinin o dövrün digər əvəz olunmaz şairləri, yazıçılarından da xatirələr yer alır. O zamanlar hamısı müəllimlik fəaliyyəti ilə məşğul olub. Bir anlıq təsəvvür edin ki həmin möhtəşəm şairlər ədəbiyyat müəlliminizdir necə də möhtəşəm səslənir elə deyilmi yəni Müşfiqin '' Yenə o bağ olaydı'', "Rəssam sevgilim şəkili çək'' və sairə digər şeirlərini kitablardan deyil məhz Mikayıl Müşfiqin öz səsindən eşidirsiz ahh. ️ Düzünü desəm bu kitabda nədənsə repressiya qurbanı olan zamanlardan daha çox xatirələr gözləyirdim. Amma yenədə kitab sadəcə olaraq möhtəşəmdir Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanıma olan sevgisi, hörməti, qayğısı insan da çox gözəl sözlə ifadə edilməyəcək dərəcə də möhtəşəm hisslər oyadır. Bir sözlə oxuyun və oxutdurun ️
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019289 okunma
174 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 11 hours
İndi də könlümə təsəlli sənsən, Ölüncə dilimin əzbəri sənsən...
.Müşfiqi azdan çoxdan tanıyan, tanımaq istəsən hər kəsə oxumağı tövsiyə edirəm. Müşfiqin incə ruhuna bir daha heyran oldum, kaş onu bircə dəfə görmək şansım olaydı. Dilbər xanım bu kitabda ancaq xoş xatirələrini yazıb. Onlar çox əziyyətlər çəkib, bu haqda bir şey yazmayıb. Hər halda belə yazmağının bir çox səbəbi vardır ... .Müşfiqə onsuz da heyran idim. İndi əbədi olaraq heyran qalacam. .Kitabın içində Dilbər xanıma ithaf olunmuş şeirlər var. Müşfiqin bir çox tanınmış şeiri elə Dilbər xanım Axundzadəyə ithaf olunub. Hamıya oxumağı tövsiyə edirəm!
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019289 okunma
Reklam
10/10 puan verdi
·
Liked
Kitabı oxuduqca dünyanı, insanları, həyatı sevir insan və Azərbaycanın bu qədər istedadlı gənclərinin eyni vaxtsa yaşaması insana qürur hissi verir. Sonda isə yenə başa düşürsən ki türkün dostu elə türkdən başqadı ola bilməz.
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019289 okunma
174 syf.
10/10 puan verdi
·
Read in 9 days
Kitabı böyük bir diqqətlə oxudum. Kitab dəyər verdiyimiz və hal-hazırda da dillərdə olan əsərlərin necə meydana gəldiyini izah edir. Şübhəsiz Müşfiq şeirlərini oxumağın zövqü başqadır, amma o şeirlərin hekayəsi də diqqətə layiqdir. Kitabdaki tək iradım bəzi hərf səhvlərinin olması idi. Normalda belə səhvlərə əhəmiyyət vermirəm. Lakin bu səhvlər həm nəzərə çarpacaq sayda idi, həm də daha dəqiq ifadə etsək qəhrəmanın adı şeirin içində səhv yazılmışdı. Bundan başqa kitabda başqa bir qüsur olduğunu düşünmürəm. Ümid edirəm ki, kitabı oxuyan hər kəs böyük bir şövqlə oxuyar. Xoş mütaliələr.
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019289 okunma
174 syf.
10/10 puan verdi
Öz ədəbiyyatımız şairlər və yazarlarımız həqiqətən qiymətləndirilməlidir. Mikayıl Müşfiqin həyatı, Dilbər xanıma olan sevgisi və sadiqliyi o qədər dərin hislərlə əks olunub ki..
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019289 okunma
30 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.