Nə Üçün İslam?

Ömer Mensuroğlu

Nə Üçün İslam? Quotes

You can find Nə Üçün İslam? quotes, Nə Üçün İslam? book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Həyatın Qayəsi
Universitetdə oxuyarkən, fəlsəfə pro- fessoru bir müəllim mühazirələri­­nin birində insan haqqında danışmağa başladı. Ömrü, insanı araşdırmaqla keçmişdi. İnsanı və həyatı anlamaq üçün yüzlərlə kitab oxumuş, kitablar və məqalələr qələmə almışdı. Mühazirəni bitirdikdə ona bir sual verdim. Siz Quran oxumusunuzmu? Cavabı xeyir, oldu! Üzüldüm. Həyatı, insanı araşdırmaqla keçmiş bir professor, yüzlərlə kitab oxusa da, Quran oxumamışdı və bunun təbii nəticəsi olaraq cavabsız sualları qalmışdı. Qəribədir, insan bu həyatda yaşadığı müddətcə hər şeyi dü­şünsə də, niyə yaradıldığını düşünmür. Düşünsə də suallarının cavabını doğru yer- də axtarmır.
Ömər Mənsuroğlunun "Həyatın Qayəsi" adlı kitabından bir alıntıdır.
İslamın təqdim etdiyi axirət inancı
Amma nə qəribədir ki, bəzi insanlar təbiətin ölüb dirildiyini gördüyü halda, torpağa düşən xırda bir meyvə toxumundan böyük, köklü, qollubudaqlı bir ağacın yaradıldığını gördüyü halda insanın öldükdən sonra yox olacağına inanırlar.
Sayfa 112Kitabı okudu
Reklam
Həyatın Qayəsi
Həyatın qayəsi Dünyanın yaradılmadan əvvəlki halını düşünək. Sən yox idin... Dünya da yox idi. Sonra Yaradan dünyanı və içində də insanları yaratdı. İllər sonra sən də gəldin dünyaya. Ətrafına baxanda heyrət içərisində qalırsan. Çünki,bütün ehtiyaclarının hamısı yaradılmışdır. Orqanizmin vitaminlərə ehtiyacı var, vitaminlərə görə qidalar
Sayfa 13 - Ömər Mənsuroğlunun "Həyatın Qayəsi " kitabından alıntıdır.
İslam və elm
Müsəlmanların vəzifələrindəndir ki, yenidən əvvəlki izzətli günlərinə geri dönmək üçün elmin hər sahəsində bəşəriyyətə istiqamət verəcək insanlar yetişdirsinlər.
Sayfa 111Kitabı okudu
İslam və elm
Bu gün elm dediyimiz fizikanı, kimyanı, riyaziyyatı, astronomiyanı, tibbi, tarixi, coğrafiyanı, sosialogiyanı və hətta bugünkü elmlərin demək olar hamısını müsəlmanlar qurmuşlar. Avropalıların Renesans dövrü müsəlmanlardan aldıqları elmləri inkişaf etdirməklə başlayır. Müsəlmanlar elmdə qədim Yunan, Hindistan, Misir kimi yerlərdən elmlər almış və inkişaf etdirmişlər. Avropalılardan fərqli olaraq müsəlmanlar aldıqları elmi kimdən aldıqlarını kitablarında qeyd etmişlər. Lakin avropalılar elmi kimdən aldıqlarını əksər hallarda söyləməmişlər. Müsəlmanların bir çox kəşflərini öz adlarına çıxarmışlar. Avropalılar səlib yürüşlərində müsəlmanlardan bu elmləri aldılar və kitabları öz dillərinə tərcümə etdilər. Fəqət başlanğıcda nə olduğunu başa düşmədikləri üçün minlərlə kitabı yandırmışdılar.
Sayfa 109Kitabı okudu
Psixoloji dəlil (dini təcrübə dəlili)
Allaha inanmayan şəxslər isə mütləq ateist olmayıb, müxtəlif bəhanələrlə onu inkar edənlərdir. Bu inkarın arxasında bir çox nəzəri motivlər və praktiki səbəblər vardır. Əslində isə bu səbəblər ayrı-ayrılıqda orjinial fikirlər olmayıb, çox hallarda inanan insanların düşüncələrinə qarşı isti- qamətləndirilmiş etirazlardan ibarətdir. Dini olduğu kimi dərk edə bilməyən ateistlər dini inancları ey- bəcərləşdirməyə cəhd göstərmişlər.
Reklam