Özəlliklə son iki əsrdə müsəlmanların zəifliyi səbəbi ilə İslam xarici fikir axınları bəşəriyyəti müxtəlif şəkillərdə istilası altına almışdır. Müasir insana təqdim edilən yollar çoxdur. Belə bir şəraitdə hər hansı bir şəxsi yeganə doğru yol olduğuna inandığımız İslama çağırdığımız zaman, tez-tez belə suallarla qarşılaşırıq və ya qarşılaşa bilərik: “Bu qədər düşüncə axını içərisində niyə məhz İslam?” Biz kitabda bu sualın cavabını ortaya qoymağa cəhd göstərəcəyik. Bu kitabda dini kökdən inkar edən ateizm, deizm kimi fikir axınlarından başlayaraq, təhrif edilmiş dinlərə qədər islam xaricindəki düşüncə sistemlərinin əqlən imkansızlığı üzərində dayanacağıq.