Nə Xoşbəxt İmişəm Bir Zaman, Allah!

Əli Kərim

Nə Xoşbəxt İmişəm Bir Zaman, Allah! Quotes

You can find Nə Xoşbəxt İmişəm Bir Zaman, Allah! quotes, Nə Xoşbəxt İmişəm Bir Zaman, Allah! book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Daha nagillara inanmiram men dostlaarrr)
Sevgilim, səninlə mən Gedəcəyik qol-qola, Ömrün sonuna qədər...
Sayfa 156Kitabı okudu
Nə xoşbəxt imişəm bir zaman, Allah..
Nə xoşbəxt imişəm bir zaman, Allah, Xəbərim olmayıb bu səadətdən. Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt! Bu gün eşitmişəm bunu həsrətdən. Niyə yazmamışam o zaman, Allah, Əlimə qələm də gəlməyir indi. De, niyə aradan küləklər əsir? Aramız, de, niyə belə sərindir? İçdiyim o su da səadət imiş, İşə getməyim də, qayıtmağım da. Ona
Sayfa 168Kitabı okudu
Reklam
Həsrətin araya atdı dağ, dərə, Sönən işıq oldun, batan səs oldun. Qayıt, mənim gülüm, qayıt bu yerə, Ey mənim istəyim, nə gəlməz oldun! Ümidlər, arzular pəran-pərəndir, Qəlbə təsəllidir xatirələrim. Bir halımı soruş, könlümü dindir; Axşamlar yadıma düşür səhərim. Qayıt, mənim gülüm, yerbəyer elə Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən. Qayıt, yerinə qoy Ayı, Günəşi, - Yenə olduğutək görüm həyatı Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, sahmana sal bu kainatı!
Sayfa 152Kitabı okudu
Qəribsədim uzaqlarda, Könlüm-gözüm səni andı. Ayrıldığım nə müddətdi, Bir əsrdi, yoxsa andı?..
Sayfa 159Kitabı okudu
İlk görüş həmişə arxada deyil, İlk görüş bəzən də gələcəktədir ...
Nə vaxt görüşmüşük? Harda? Nə zaman? Doğrusu, elə bil yadmıdan çıxıb. Təbəssüm səhəri doğdu üzündən, Dayandın ehmalca əlimi sıxıb. Sözlərin qırıldı, töküldü bir-bir; Çırpdı divarlara, daşlara külək.
Sayfa 159Kitabı okudu
Birdən yox olursan... Boşluq olursan... Elə bil kiminsə xəyalısan sən..
Reklam
35 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.