Nə Xoşbəxt İmişəm Bir Zaman, Allah!

Əli Kərim

Nə Xoşbəxt İmişəm Bir Zaman, Allah! Posts

You can find Nə Xoşbəxt İmişəm Bir Zaman, Allah! books, Nə Xoşbəxt İmişəm Bir Zaman, Allah! quotes and quotes, Nə Xoşbəxt İmişəm Bir Zaman, Allah! authors, Nə Xoşbəxt İmişəm Bir Zaman, Allah! reviews and reviews on 1000Kitap.
İtdim bir şəhərdə mən, Ünvan çıxdı yadımdan. Oldum ki, elə qərib, hətta qorxdum adımdan. İndi Şərq nə, Qərb nədir, İndi çox qəribədir, İndi sol da sağımdır İndi sağ da solumdur
Ağlamaqdan yorulur... Qalxır, Baxır, Ağır və sakit, yorğun, çarəsiz Milyonillik kədərlə, İndi artıq sualsız, təmənnasız, mənasız, İntəhasız nəzərlə. İndi qəm də yorulub, İndi qız da yorulub...
Sayfa 150Kitabı okudu
Reklam
Həqiqət it şəklindəsə - yalan ceyran şəklində, Olma iti madonnatək sevəcəyim şəkkində...
Sayfa 151Kitabı okudu
Həsrətin araya atdı dağ, dərə, Sönən işıq oldun, batan səs oldun. Qayıt, mənim gülüm, qayıt bu yerə, Ey mənim istəyim, nə gəlməz oldun! Ümidlər, arzular pəran-pərəndir, Qəlbə təsəllidir xatirələrim. Bir halımı soruş, könlümü dindir; Axşamlar yadıma düşür səhərim. Qayıt, mənim gülüm, yerbəyer elə Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən. Qayıt, yerinə qoy Ayı, Günəşi, - Yenə olduğutək görüm həyatı Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, sahmana sal bu kainatı!
Sayfa 152Kitabı okudu
Daha nagillara inanmiram men dostlaarrr)
Sevgilim, səninlə mən Gedəcəyik qol-qola, Ömrün sonuna qədər...
Sayfa 156Kitabı okudu
Ürəyim sən deyən çox cavan deyil, Nə qədər dərdini daşıyıbdır o. O qədər sürətlə vurub ki, sənsiz, Bəlkə də lap yüz il yaşayıbdır o!
Sayfa 156Kitabı okudu
Reklam
37 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.