Nə Xoşbəxt İmişəm Bir Zaman, Allah!

Əli Kərim

Quotes

See All
Daha nagillara inanmiram men dostlaarrr)
Sevgilim, səninlə mən Gedəcəyik qol-qola, Ömrün sonuna qədər...
Sayfa 156Kitabı okudu
Nə xoşbəxt imişəm bir zaman, Allah..
Nə xoşbəxt imişəm bir zaman, Allah, Xəbərim olmayıb bu səadətdən. Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt! Bu gün eşitmişəm bunu həsrətdən. Niyə yazmamışam o zaman, Allah, Əlimə qələm də gəlməyir indi. De, niyə aradan küləklər əsir? Aramız, de, niyə belə sərindir? İçdiyim o su da səadət imiş, İşə getməyim də, qayıtmağım da. Ona
Sayfa 168Kitabı okudu
Reklam
Həsrətin araya atdı dağ, dərə, Sönən işıq oldun, batan səs oldun. Qayıt, mənim gülüm, qayıt bu yerə, Ey mənim istəyim, nə gəlməz oldun! Ümidlər, arzular pəran-pərəndir, Qəlbə təsəllidir xatirələrim. Bir halımı soruş, könlümü dindir; Axşamlar yadıma düşür səhərim. Qayıt, mənim gülüm, yerbəyer elə Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən. Qayıt, yerinə qoy Ayı, Günəşi, - Yenə olduğutək görüm həyatı Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, sahmana sal bu kainatı!
Sayfa 152Kitabı okudu
Qəribsədim uzaqlarda, Könlüm-gözüm səni andı. Ayrıldığım nə müddətdi, Bir əsrdi, yoxsa andı?..
Sayfa 159Kitabı okudu
İlk görüş həmişə arxada deyil, İlk görüş bəzən də gələcəktədir ...
Nə vaxt görüşmüşük? Harda? Nə zaman? Doğrusu, elə bil yadmıdan çıxıb. Təbəssüm səhəri doğdu üzündən, Dayandın ehmalca əlimi sıxıb. Sözlərin qırıldı, töküldü bir-bir; Çırpdı divarlara, daşlara külək.
Sayfa 159Kitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.