Nar dənələri

Muzafferus
Tahmini Okuma Süresi:
2 sa. 50 dk.
Sayfa Sayısı:
100
Basım Tarihi:
2016
Yayınevi:
Kitab Klubu
Ülke:
Türkiye
Dil:
Türkçe
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi·100 syf.··
2023 15. kitabı
·
4 günde okudu
·
Okunma: 14 Şubat 2023 08:51
Kitab qısa esselerden ibarətdi və hər hissədə müəyyən suallar,cavablar,hislər və həyatlar haqqında danışılır. Yaşamdakı məqsədimiz nədi? Xoşbəxtliyə çatmaq mümkündü mü? Yaşamaq,yoxsa intihar etmək daha çox cəsarət tələb edir? Niyə hamımız həyatımızı dəyişdirmək istəyirik amma hər şey olduğu kimi qalır? Ya da niyə hər səhvimizdə başqalarını günahlandırırıq,amma özümüzü həmişə haqlı çıxartmağa çalışırıq? Sualların hər biri düşündürücüdü. Amma dəqiq bir cavab ala bilməyəcəyimiz suallardı,təəssüf ki. Və kitabda "O dəlidir" başlıqlı hissə xüsusi diqqətimi çəkdi. Ətrafından fərqli düşününən hər kəsi kənarlaşdırmaq ya da dəli demək adət olub. Amma heç kim onların fikirləri,hərəkətləri barədə düşünmür. Kəsib atmaq daha rahat gəlir. Fərqlilik artıq hamıya qorxunc gəlir...
Nar dənələriMuzafferus · Kitab Klubu · 201621 okunma
9/10
·100 syf.··
Beğendi
·
2023 6. kitabı
·
25 saatte okudu
·
Okunma: 08 Mart 2023 00:00
Kitab qısa hekayələr, esselər toplusundan ibarətdir. Sanki yazarın günlüyünü oxuyurmuş kimi hiss ettim. Bəzən çox xoşbəxt, optimist, inançlı biri , hərşeyin yaxşı olacağını düşünür, bəzən isə tam tərsi ölümü düşünüb, həyatındaki problemlərə qarşı dibi görmüş biri yazır. Ara bir intiharla əlaqəli fikirləri gün üzünə çıxır amma sonra hər inanan insan kimi bunun günah olduğunu xatırladır özünə. Sanki öz yazdıqlarına özünündə inanmasını istəyirmiş kimi… İşin içinə fəlsəfə də qatdığı üçün adi bir günlük olmaqdan çıxır biraz. (Bəlkədə mən kitaba bu qədər anlam yükləyirəm.. Bilmirəm) Oxuyarkən yazarın iç dünyasına bir səyahətdəymiş kimi , yuxularını izləmiş, bilinç altına sızmış kimi hissettim. Bəzi mövzularda baxış bucaqlarımız eyni olmasada, yazdıqlarını oxumaqdan zövq aldım. Bu yolda ona uğurlar arzu edirəm :)
Nar dənələriMuzafferus · Kitab Klubu · 201621 okunma