Narsis və Qoldmund

Hermann Hesse

Narsis və Qoldmund Posts

You can find Narsis və Qoldmund books, Narsis və Qoldmund quotes and quotes, Narsis və Qoldmund authors, Narsis və Qoldmund reviews and reviews on 1000Kitap.
" - Məncə, incəsənət təkcə daş, taxta, ya boyaların sayəsində nəsə mövcud, amma həm də fani olan bir şeyi ölümün caynağından qurtarmaqdan və ömrünü uzatmaqdan ibarət deyil. Elə incəsənət əsərləri, müqəddəslərin, ya da Madonnanın təsvirlərini görmüşəm ki, onların, sadəcə, nə vaxtsa mövcud olmuş ayrı-ayrı adamların dəqiq sürəti olduğunu hesab etmirəm. - Həqiqi incəsənət əsərinin istinad etdiyi obraz heç də hansısa real, canlı varlıq olmur. Hərçənd həmin obyekt əsərin yaranması üçün bəhanə ola bilər. Nümunə-obraz can, qan deyil, bu nəsə mənəvi bir şeydir. Bu, rəssamın ruhunda yaranan bir obrazdır."
Sayfa 295 - Qanun nəşriyyatıKitabı okudu
"Həyatın səni barmağına dolamasını dərk etmək necə də utandırırdı, - adam bilmir ağlasın, ya gülsün!"
Sayfa 270 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
"Qarşımızda duran məqsəd - bir-birimizə oxşamaq deyil, bir-birimizi dərk etməkdir, bir-birimizdə hər birimizə xas nəyisə görməyi və ona hörmət etməyi öyrənməkdir. Bu isə məhz aramızdakı ziddiyyət və birimizin digərini tamamlamasıdır."
Sayfa 48 - Qanun nəşriyyatıKitabı okudu
Bəlkə, vaxtilə həmin qızı tovlaya bilib, bəlkə,aldadıb və yarıyolda qoyub.Amma yenə bu də bu qızı özüylə götürüb ,qəlbində daşıyıb,ən yaxşı ərdən belə etibarlı qoruyub.
340 syf.
·
Not rated
·
Read in 177 days
Kitabı ilk görəndə sadəcə bir hərfi artıq görməm ilə diqqətimi çəkmişdi)) Amma sonradan onun Narsist anlayışı deyil Narsis adlı oğlandan bəhs etdiyini gördüm )) Kitab monastrda oxuyan iki gənc oğlanın bir- birindən fərqli, amma sonda eyni yola ,eyni məqsədə -müdriklik zirvəsinə müxtəlif yollar ilə getməsindən bəhs edir.Bu yolu daha sakit, daha rəvan addımlar ilə irəliləyən Narsis , ona nisbətdə daha nizamsız, nə istədiyini bilməyən , yaradıcı xislətli Qoldmund.. Kitabda Qoldmund xarakteri düzünü desəm çox əsəbləşdirdi məni.Nə istədiyini bilməyən, bir yerdə doğru dürüst qala bilməyən , onu sevənlərə ümid verib yarıda qoyan bir xarakter..Amma sonradan düşündüm ki biz insanlar da zamanla , olgunlaşmağa doğru getdiyimiz yolda o qədər yanlış davranış , o qədər yanlış seçimlər edirik ki.. və sonunda doğrunu, düzü tapırıq.Bizi olgun eden , bizi daha müdrik edən məncə ele zamanla etdiyimiz səhvlər və ən əsası səhvlərdən çıxartdığımız dərslərdi.Qoldmun da eynən belə səhvlər edə - edə daha da müdrikləşir . Əsəri oxuyarkən həm üzülüb, həm də iki dostun necə qüvvətli bağ ilə bir-birlərinə davranışlarını, aralarındakı o təmiz ,saf sevgi hisslərini görmək olur:)
Narsis və Qoldmund
Narsis və QoldmundHermann Hesse · Qanun Nəşriyyatı · 01,376 okunma
340 syf.
9/10 puan verdi
Salamlar hamıya. Bir neçə tanışım və başqa insanların bu kitabı sevgi romanı zənn etdiyini görmüşəm. Sevgi hekayəsi olmasada Narsis və Qoldmund ayrı dünyaların insanıdır. Daha doğrusu onlar ayrı-ayrı pillələrdə dayanırlar. Narsis idarə edici, lider xislətlidir, Qoldmund isə özünü həyatın axınına buraxır. Qoldmund keçmişini, uşaqlığını unutmuşdur.
Narsis və Qoldmund
Narsis və QoldmundHermann Hesse · Qanun Nəşriyyatı · 01,376 okunma
Reklam
1,000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.