Niyə Susursan Polkovnik?

Elxan Elatlı

Niyə Susursan Polkovnik? Quotes

You can find Niyə Susursan Polkovnik? quotes, Niyə Susursan Polkovnik? book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
+719
Vaxtından, ömründən, sağlamlığından, canından, qanından keçməli idin pul qazanmaq üçün. Ya adından, mənliyindən… Qeyrətindən, namusundan… Həmçinin istəklərindən, arzularından, xəyallarından…
Sayfa 247Kitabı okudu
Ölümün bir addımlığında
Qasımlıya elə gəlirdi ki, nə vaxtsa öz həyatına da bu tapançanın lüləsindən çıxan güllə ilə nöqtə qoyacaq. Həyatının şərəfli hissəsi bitəndə... Bu dünyada yaşamağın daha heç bir mənası qalmayanda... Yaşamaq üçün hansısa yad bir adama möhtac olanda...
Sayfa 201Kitabı okudu
Reklam
+41
Fatimənin səsi mənimkindən yaxşı olsa da, münsiflər onu yox, məni seçdilər. Məlum məsələdir, səsimi, istedadımı yox, bədənimi qiymətləndirmişdilər…
Sayfa 248Kitabı okudu
+719
- Qanbay müəllim, Toğrul adlı bir oğlan yanınıza gəlmək istəyir. Deyir ki, sizə yaxın adamdır. Qasımlı istehza ilə gülümsədi. Qəribədir, kiminsə üzünə azca xoş baxan kimi özünü sənin yaxın adamın hesab edir…
Sayfa 276Kitabı okudu
“Deməli, adamlar ömrü boyu işləyib əlavə pul qazanırlar ki, toylara gedə bilsinlər. Toylara ona görə gedirlər ki, özləri toy eləyəndə həmin adamlar gəlib pulu geri qaytarsınlar. Guya burada borc məsələsi vardı. Əslində, belə deyildi. İstənilən halda yığılan pullar şadlıq evlərinə axırdı.
“...On dəqiqə sonra mühafizəçilərdən biri içəri daxil oldu: - Qanbay müəllim, Toğrul adlı bir oğlan yanınıza gəlmək istəyir. Deyir ki, sizə yaxın adamdır. Qasımlı istehza ilə gülümsədi. Qəribədir, kiminsə üzünə azca xoş baxan kimi özünü sənin yaxın adamın hesab edir...”
Sayfa 276 - TEAS Press, Qanbay QasımlıKitabı okudu
Reklam
66 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.