Niyə Susursan Polkovnik?

Elxan Elatlı
“Doğrular” qəzetinin baş redaktoru Maqsud Qədirli gecə vaxtı polkovnik Qasımlıya zəng edir və onunla görüşmək istədiyini bildirir. Polkovnikdən xahiş edir ki, ertəsi gün səhər onun evinə təşrif buyursun. Jurnalist xəfiyyəyə istədiyi qədər pul verəcəyini də vəd edir. Qasımlı səhər baş redaktorun evinə gəlir və içəridə iki kişi meyiti görür. Bunlar Maqsud Qədirlinin və onun qonşusunun meyitləridir. Maqsud Qədirliyə işgəncə verilib. Bu cinayət işi, bəlkə də, Qasımlını ən çox dolaşdıran işlərdən biridir. Ağlagəlməz hadisələr, bir-biri ilə əlaqəli cinayətlər, böyük adamlar, xəyanət, tamahkarlıq, şəhvət, böyük oyunlar... Bu düyünü açmaq Qasımlı üçün asan olmayacaq. Hətta Qasımlını öldürməyə də çalışacaqlar. Romanda bir vaxtlar həddən artıq kasıb olan, tez bir zamanda məşhurlaşan, uğur pillələri ilə sürətlə qalxan, varlanan gənc müğənni qızın həyat hekayəsi ilə də tanış olacağıq. Onun bu işlə əlaqəsi varmı? Qasımlı qatili və ya qatilləri tapa biləcəkmi? Onları ədalət mühakiməsinə təslim edəcəkmi? Birnəfəsə oxuyacağınız, əlinizdən yerə qoya bilməyəcəyiniz bu romanda bütün bu sualların cavabı var
Author:
Elxan Elatlı
Elxan Elatlı
Estimated Reading Time: 8 hrs. 50 min.Page Number: 312Publication Date: 2023First Publication Date: 2014Publisher: Teas Press Nəşriyyatı
ISBN: 9789952563535Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
288 syf.
·
Not rated
Qanbay Qasimli Əlemdar Melikov
Deyerli Yazarimiz Elxan Elatinin Niye Susursan Polkovnik romanini kimler oxuyub?roman haqqinda fikirleriniz?Yazarimizin eserlerini romanlarini oxuduqca insan oxumaq isdeyir men bir kitabini 3 defe oxumuşam çox gozel eserler romanlar yazib yazarimiz .Elxan mellimin eserlerini romanlarini seven oxuyan nece neferik?ən çox hansi obrazi sevirsiz Mexfi şobenin Reisi Əlemdar Melikov Cinayet Axtariş ekisperti Polkovnik Qanbay Qasimli
Niyə Susursan, Polkovnik?
Niyə Susursan, Polkovnik?Elxan Elatlı · Elgün · 2014420 okunma
Reklam
288 syf.
·
Not rated
·
Read in 25 hours
Elxan Elatlının “Niyə susursan, polkovnik?” detektiv romanı gənc müğənni qızın ibrətamiz həyat hekayəsindən və bir mənzildə baş vermiş ağır cinayətin polkovnik Qasımlı tərəfindən araşdırılmasından bəhs edir. Romanda bu günkü mənəvi həyatımızda rast gəlinən pulgirlik, saxtakarlıq, ikiüzlülük, yaltaqlıq kimi bir çox eybəcərliklər ironiya ilə ön plana çəkilərək tənqid olunur. Bax, pilləkənin bu yerində Qasımlı onunla üz-üzə gəldi. O, polkovnikin düz gözünün içinə baxdı. Heç tükü də tərpənmədi bu zaman. Sonra isə addımlarının sürətini artıraraq çıxıb getdi. Qorxudan mı artırdı addımlarının sürətini? Xeyr! O, heç qorxub-eləyənə bənzəmirdi. Sürətini də qəfil ona görə artırmışdı ki, Qasımlını şübhələndirsin. Qəribədir... Amma yox, polkovnik Qasımlı üçün qəribə heç nə yox idi bu dünyada. Onun üçün yalnız cavabı hələlik tapılmamış suallar vardı və bu sualların cavabı gec-tez tapılmalıydı. Deməli, caninin bu hərərkəti də qəribə-filan deyildi. Sadəcə, maraqlı idi Qasımlı üçün. Amma çox maraqlı idi...
Niyə Susursan, Polkovnik?
Niyə Susursan, Polkovnik?Elxan Elatlı · Elgün · 2014420 okunma
288 syf.
10/10 puan verdi
·
Liked
Elxan Elatlının "Niyə susursan polkovnik?"dedektiv romanı gənc müğənni qızın ibrətamiz həyat hekayəsindən və bir mənzildə baş vermiş ağır cinayətin polkovnik Qanbay Qasımlı tərəfindən araşdırılmasından bəhs edir.Romanda bu günki mənəvi həyatımızda rast gəlinən pulgirlik,saxtakarlıq,ikiüzlülük,yaltaqlıq kimi bir çox eybəcərliklər ironiya ilə ön plana çəkilərək tənqid olunur... İyi okumalar...❤
Niyə Susursan, Polkovnik?
Niyə Susursan, Polkovnik?Elxan Elatlı · Elgün · 2014420 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.